MƏDƏNİYYƏT
Əməkdar Artist Fidan Hacıyevanın “Sevgilim” albomunun təqdimatı olub
AZƏRTAC xəbər verir ki, Fidan Hacıyeva albomda 60 musiqinin yer aldığını söyləyib. Bildirib ki, bunlar vətənpərvərlik, sevgi mövzularında olan Azərbaycanın klassik və xalq, həmçinin dünya musiqiləridir.
F.Hacıyeva eyni zamanda, iki albomunu da təqdim edib. Bunlardan biri opera müğənnisinin cari ilin martın 7-də Londonda verdiyi konsertin DVD-sidir. Fidan Hacıyeva konsertdə yeddi dildə musiqilər ifa etdiyini vurğulayaraq bildirib ki, repertuarda Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin və başqa böyük bəstəkarlarımızın əsərləri ilə yanaşı, dünya musiqi nümunələri və xalq mahnılarımız da yer alıb.
Diqqətə çatdırılıb ki, digər albomda isə Fidan Hacıyevanın aprelin 19-da Heydər Əliyev Sarayında keçirilmiş “Sevgili canan” adlı solo konserti yer alıb.