ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANACAQDIR
MDB İcraiyyə Komitəsi və Beynəlxalq Miqrasiya Təşkilatı Administrasiyası arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum layihəsi imzalayacaqdır. İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasim sentyabrın 19-da Minskdə keçiriləcəkdir.
Memorandumun layihəsi MDB İcraiyyə Komitəsi və Beynəlxalq Miqrasiya Təşkilatı Administrasiyası arasında miqrasiya, o cümlədən qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın əsaslarını müəyyənləşdirir. Sənədin imzalanması MDB dövlətləri arasında miqrasiya sahəsində əməkdaşlığın müqavilə-hüquqi bazasının təkmilləşdirilməsində Beynəlxalq Miqrasiya Təşkilatının təcrübəsindən və köməyindən istifadə etməyə, MDB ölkələrinin miqrasiya problemləri və bundan irəli gələn təzahürlərə dair əməkdaşlığı, səlahiyyətli orqanların əməkdaşlarının hərtərəfli hazırlanması üçün təşkilatın imkanlarının cəlb olunması, qurumun iştirakı ilə MDB ölkələrində miqrasiya və insan alverinə qarşı mübarizə sahəsində kadrların hazırlanması, onların ixtisasının artırılması üzrə baza təşkilatlarının yaradılmasına kömək göstərəcəkdir.
Memorandum miqrasiyanın müxtəlif meyilləri, problem və imkanlarına dair informasiya, habelə miqrasiya siyasətinin yeni səmərəli istiqamətlərinin analiz və araşdırmalarının nəticələrini əldə etməsi, biometrik texnologiyalardan istifadəni genişləndirmək və xarici təcrübəni Birlik ölkələrində tətbiq etmək üçün geniş imkanlar açır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]