Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ƏMƏLİYYAT-AXTARIŞ FƏALİYYƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №11, maddə 612; 2002-ci il, №5, maddə 250, №6, maddə 328; 2004-cü il, №3, maddə 133; 2005-ci il, №12, maddə 1079; 2006-cı il, №2, maddə 64, №11, maddə 933, № 12, maddə 1005; 2007-ci il, №6, maddə 560; 2008-ci il, №4, maddə 252, №6, maddə 462; 2010-cu il, №3, maddə 172) 10-cu maddəsinə aşağıdakı dəyişikliklər edilsin:

1. VIII hissənin birinci cümləsində “xüsusi və digər texniki vasitələrdən” sözləri “texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr)” sözləri ilə əvəz edilsin;

2. X hissədə “Gizli informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin” sözləri “Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin