Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Emin Ağalarov: “ЖАРА 2017”də iştirak etmək üçün Bakıya 500-dən çox musiqiçi gələcək

Emin Ağalarov: “ЖАРА 2017”də iştirak etmək üçün Bakıya 500-dən çox musiqiçi gələcək

Bakı, 15 may, AZƏRTAC

İkinci Beynəlxalq “ЖАРА” musiqi festivalı bu il iyulun 27-də Xəzərin sahilindəki mənzərəli və dəbli Sea Breeze Resort istirahət mərkəzində başlayacaq.

Tanınmış musiqiçi və müğənni Emin Ağalarovun (Emin), “Русского радио” və “Золотой граммофон”un təsisçisi Sergey Kojevnikovun və Rusiyanın əməkdar artisti Qriqori Lepsin müştərək layihəsi olan bu festivalı 2016-cı ildə Rusiyanın 1-ci telekanalının 150 milyon tamaşaçısı və Azərbaycanın əsas telekanalı olan AzTV-nin 3 milyon tamaşaçısı seyr edib. Festivala 200 gün hazırlıq görülüb, təşkilati işlərə 1500 nəfər cəlb olunub. Musiqi hitlərinin ümumi vaxtı 14 saat təşkil edib. Sea Breeze Resort-a 5 min tamaşaçı gəlib. Bu il isə festivala 10 min tamaşaçının gəlişi gözlənilir.

Emin Ağalarov festivalın təşkili və proqramı ilə bağlı 1news. az-a müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

- Emin, ilin əsas musiqi hadisəsi olan “ЖАРA-2017”yə lap az qalıb. “ЖАРА-2016” tarixə öz möhtəşəmliyi, keyfiyyəti və unikallığı ilə düşüb. Maraqlıdır, bu gün keçmişə nəzər salanda və ötən ilin yayını, Nardaranı xatırlayanda hansı hisslər keçirirsiniz, ilk olaraq nəyi yada salırsınız, sizi daha çox nə sevindirir?

- Mən heç təsəvvürümə gətirə bilməzdim ki, iki il əvvəl qəfildən ağlıma gələn, Qriqori Leps və Sergey Kojevnikovla bölüşdüyüm “Bəlkə bura bir neçə ifaçı dəvət edərək mini-festival keçirək” kimi bir ideya möhtəşəm layihəyə çevriləcək. Etiraf edim ki, “ЖАРA”nın möhtəşəmliyi hətta mənim özümü belə təəccübləndirir - mən indiyədək anlaya bilmirəm ki, bunların hamısı Nardaranda - Sea Breeze Resort-da sığışaraq böyük uğurla televiziyada nümayiş olundu. “ЖАРА-2016” həmkarlarım tərəfindən yaddaqalan oldu və artıq festival bitəndən sonra onlar məndən növbəti festivalın nə zaman keçiriləcəyini soruşaraq, öz konsert cədvəllərini ona uyğun tərtib etmək istədiklərini bildirdilər. Hamı Bakıya gəlmək istəyir və bu, çox xoş bir haldır. Bu gün artıq aydındır, biz elə bir brend yaratmışıq ki, o özü ilə digər layihələri çəkib gətirir. Biz “ЖАРА” musiqi kanalını işə saldıq və Rusiya ərazisində, bizim “VEGAS Krokus City” ticarət və əyləncə mərkəzimizdə hər iki aydan bir artistlərin iştirakı ilə “VEGAS-da ЖАРА” şousu keçirilir. “ЖАРА” artıq sadəcə festival deyil, böyük musiqi platformasıdır. Əgər bu il ötən ildəki kimi keçsə, mən festivalın vaxtını daha bir gün artıracağam və müsabiqə formatına keçəcəyəm. Amma bu, klassik anlamda gənc ifaçılar müsabiqəsi olmayacaq, tam başqa bir format olacaq. Artıq peşəkar artistlər öz aralarında yarışacaqlar, lakin mən bütün sirləri açmaq istəmirəm...

- Xatırlayıram, ötən il “ЖАРA” festivalından dərhal sonrakı söhbətdə siz dediniz ki, bu il festivalın coğrafiyasını genişləndirmək fikriniz var, Avropa və ABŞ-dan mütəxəssislərin cəlb olunmasını planlaşdırırdınız.

- Mən bu fikrimdən imtina etməmişəm və artıq bu il festivalın fəxri qonaqları qismində “ЖАРA-2017”yə xarici şou-biznesin tanınmış mütəxəssislərini dəvət etmişəm və ümidvaram ki, onlar festivalımıza tamaşaçı kimi gələcəklər. Amma indi biz postsovet məkanında böyük sürətlə irəliləyirik və buna görə beynəlxalq mövzuya vurğu etmək istəmirik. Əvvəlcə ayaq üstə möhkəm duraq, sonra isə bu istiqamətdə inkişaf etməyə başlayarıq. Avropadan başlayıb, ABŞ istiqamətində hərəkət edərik.

- Festival çərçivəsində Alla Puqaçovanın yaradıcılıq gecəsinin keçiriləcəyi barədə xəbər yerli KİV-lərdə böyük əks-səda doğurdu və bu gözəl artistin pərəstişkarlarını inanılmaz dərəcədə sevindirdi. Bir də ki, siz dediniz: digər festivalın - “Новая волна”nın ilham pərisini bizim “ЖАРA” festivalımızda görmək böyük bir hadisədir və bu, təşkilat komitəmizin qələbəsidir.

- Əgər iki il əvvəl mənə kimsə desəydi ki, Nardaranda, Sea Breeze Resort-da Alla Puqaçovanın yaradıcılıq gecəsi keçiriləcək, mən təəccüblənərdim. Düşünərdim ki, bu, bir zarafatdır... Heç kimə sirr deyil ki, Alla Borisovna çox maraqlı qadındır və mən bilirdim ki, onu razılığa gətirmək üçün yeganə bir üsul var - onu nə iləsə maraqlandırmaq lazımdır. Mən onunla görüşdüm və söz verdim ki, festivalımızda onun yaradıcılıq gecəsi müğənninin həyatında ən yaddaqalan hadisə olacaq, hər şey çox yüksək səviyyədə keçəcək və o, razı qalacaq. İndi isə verdiyim vədlərin yalnız həyata keçirilməsi qalıb.

- Siz dayanmadınız və bir müddət sonra digər bir xəbərlə bölüşdünüz. Bildirdiniz ki, “ЖАРА” festivalı çərçivəsində Rusiya şou-biznesinin digər məşhur fiquru Sofiya Rotarunun yubiley gecəsi keçiriləcək.

- Bəli, festival çərçivəsində bizim planımızda Sofiya Mixaylovnanın yubiley gecəsinin keçirilməsi var. Hazırda bəzi detallar barədə fəal danışıqlar gedir. Hər şey göründüyü kimi asan deyil - söhbət yuvarlaq tarixdən gedir, böyük kollektiv və ən əsası musiqi məzmunu üzərində ciddi iş gedir. Amma mən əminəm ki, bizdə hər şey alınacaq.

- Emin, “ЖАРA” haqqında hər bir xəbəri çoxları böyük maraqla qarşılayır - ulduzların adları böyük təəssürat yaradır, bütün məşhur artistlər Bakıya gəlir...

-İdeyalarımız çoxdur, biz “ЖАРA”nı daha unikal etmək istəyirik. Bu ilin festivalına gəldikdə isə o, 4 gün keçiriləcək - 27, 28, 29 və 30 iyul tarixlərində. Festivalın ilk günündə bütün artistlər özlərinin əsas hit mahnılarını ifa edəcəklər. Bu, rəngarəng bir gecə olacaq və onu diqqətdən qaçırmaq olmaz. İkinci gün Sofiya Rotarunun yubiley gecəsini keçirməyi planlaşdırmışıq və burada cavan və artıq tanınmış artıstlər Sofiya Mixaylovnanın repertuarından mahnılar ifa edəcəklər. Gecənin səbəbkarı ilə duetlər oxunması və onun solo çıxışı da nəzərdə tutulur. Üçüncü gün isə Alla Puqaçovanın yaradıcılıq gecəsi təşkil ediləcək və burada gənc artistlər, duetlər və Rusiya şou-biznesinin primadonnasının solo çıxışı olacaq.

Festivalın sonuncu günündə Qriqori Lepsin yubiley gecəsi planlaşdırılıb - bu il mənim dostumun və gözəl sənətkarın 55 yaşı tamam olur. Bax, belə böyük artistlər üçlüyü və onların mahnıları bu il “ЖАРA”nın yaraşığı olacaq.

Artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edənlərlə birlikdə bizim 500-dən çox qonağımız olacaq. Bundan başqa, 100 nəfərə yaxın texniki personal, mətbuat nümayəndələri və tərəfdaşlarımız da gələcək. Hər gün festivalda 35-40 solo və duet nömrələr nümayiş olunacaq. Dörd gün ərzində xarici və Azərbaycan artistlərinin “ЖАРA” üçün xüsusi olaraq hazırlanan 150-dən çox aranjiman, duet və müxtəlif kollaborasiyalar baxımından unikal çıxışlarının şahidi olacağıq. Bu il 5 min tamaşaçı tutan fan-zona yaradılacaq. Həmçinin VIP-masalar istisna olmaqla, 2 min oturacaq yer olacaq.

- Emin, bu layihədə çox böyük əmək sərf edir, can yandırırsınız. Görünür, siz Xəzər dənizinin sahilində sidq-ürəkdən əsl musiqi bayramı təşkil etmək istəyirsiniz. Bu formatda hələ belə bir tədbir olmayıb...

- Mən doğrudan da öz doğma Bakımda, çox sevdiyim Nardaran sahillərində böyük bir bayram gözləyirəm. Öz həmyerlilərimin gözlərində ötən ildəki kimi sevinc görmək istəyirəm. Özüm artist olduğum halda musiqinin insan ovqatında və onun xoşbəxt olmasında necə böyük rol oynadığına təəccüblənirəm. Keçən il tamaşaçı zalında olanda mən özüm də bu möhtəşəm musiqi bayramının sehrli təsirinə düşmüşdüm. İnsan bu bayramın bitməməsini, davam etməsini istəyir, çünki bu hisslər heç nə ilə müqayisə oluna bilməz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq