Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən 500 min dəfədən çox istifadə edilib

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən 500 min dəfədən çox istifadə edilib

Bakı, 10 avqust, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən indiyədək 500 min dəfədən çox istifadə olunub.

ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, komitə istifadəyə verdiyi elektron xidmətlər sayəsində ölkə vətəndaşları heç bir yerə getmədən, yalnız internet resursları və mobil telefonlar vasitəsilə sahib olduqları əmlaklar barədə lazım olan əməliyyatı həyata keçirmək imkanına malikdir. Komitənin elektron xidmətlərinə daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının səmərəli idarə edilməsi, dövlət əmlakının özəlləşdirilməsi məqsədilə keçirilən hərraclar, dövlət əmlakının icarəsi ilə bağlı interaktiv və informativ xidmətlər daxildir. Bu xidmətlər komitənin fəaliyyət sahələri üzrə şəffaflığın artırılmasını, daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların daha rahat və çevik şəkildə reallaşmasını təmin edir.

Hazırda komitə tərəfindən əhaliyə 3-ü SMS xidmətlər olmaqla, 31 adda elektron xidmət göstərilir. Xidmətlərin sayının artması və onların getdikcə daha geniş sahələri əhatə etməsi, əhalinin də elektron xidmətlərin üstünlüyünü getdikcə daha çox hiss etməsi bu xidmətlərdən daha aktiv istifadə edilməsi ilə nəticələnir. Komitənin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və ləğvi istiqaməti üzrə 6 elektron xidməti fəaliyyət göstərir. Əmlakın hərraclarla satışı üzrə 8, daşınmaz əmlak üzərində yüklülüyün qeydiyyatı və ləğvi istiqaməti üzrə 12, dövlət əmlakının idarə edilməsi ilə bağlı 1, informativ tipli 4 elektron xidmət aktivdir. Daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmət isə vətəndaşa evindən və ya iş yerindən onlayn qaydada müraciət edərək əmlakının mövcud vəziyyəti ilə tanış olmağa imkan verir. İstənilən hər bir mülkiyyət sahibi bu elektron xidmət vasitəsilə əmlakının hüquqi statusu, onun yüklü (həbs, girov) olub-olmaması, ünvanı, texniki göstəricləri barədə lazım olan bütün məlumatları ala bilər.

Elektron xidmətlərin sayı artdıqca, onun əhali arasında populyarlığı da yüksəlir. Bunu komitənin elektron xidmətləri ilə bağlı ümumi statistik məlumatlar da təsdiq edir. Komitənin fəaliyyət istiqamətlərinin avtomatlaşdırılması və onların inkişaf etdirilməsi, informasiya sistemlərinin təkmilləşdirilməsi, elektron xidmətlərin yaradılması, onların “Elektron Hökumət”ə inteqrasiyası istiqamətində son bir neçə ildə çox mühüm addımlar atılıb. Hətta komitədə çoxçeşidli elektron xidmətlərin səmərəliliyinin artırılması üçün ayrıca bir qurum - İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi də yaradılıb. Məqsəd mülkiyyət hüquqlarına dair məlumatların vahid bazada toplanması, idarəetmədə müasir texnologiyalardan istifadə etməklə, şəffaflığı təmin etmək, vətəndaş məmnunluğunu artırmaqdır.

Komitənin elektron xidmətlərindən indiyədək 500 min dəfədən çox istifadə edilib. Bu, o deməkdir ki, vətəndaşların elektron xidmətlərə marağı atıb, vaxt itkisi minimuma endirilib. Komitənin göstərdiyi elektron xidmətlərdən istifadə edənlərin böyük hissəsi, təqribən 263 mini daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların - “Forma-1”in alınmasına aiddir. Statistika göstərir ki, hər ay vətəndaşlara orta hesabla 10 mindən artıq “Forma-1” arayışları onlayn formada təqdim edilir. 2015-ci ilin ilk 4 ayında 37 minə yaxın “Forma-1” arayışı təqdim edilmişdisə, 2016-ci ilin eyni dövründə bu arayışların sayı təqribən 20 faiz artaraq 44 mini keçib. Artımın əsas səbəbi, daşınmaz əmlakla əməliyyatların artması və arayışın alınmasının sadələşdirilməsidir. Eyni zamanda, bu ilin birinci yarısı ərzində “Forma-1” arayışlarının real vaxt rejimində notariuslara verilməsi ilə bağlı daxil olan müraciətlərin sayında da ciddi artım müşahidə edilir. 2016-cı ilin ilk 6 ayı ərzində bu say 62 mindən çox olub.

Komitənin SMS xidmətləri də elektron və onlayn xidmətlər qədər populyardır. SMS xidmətlərdən biri sayəsində vətəndaşa daşınmaz əmlakın qeydiyyatı üzrə müraciətin icra vəziyyəti, digəri vasitəsilə əmlaka dair dövlət reyestrindən çıxarışın hazır olma tarixi, ödəməli olduğu dövlət rüsumu və xidmət haqqı barədə məlumat verilir. 3-cü SMS xidmət isə imkan verir ki, dövlət əmlakını icarəyə götürən vətəndaş icarə borcu haqqında SMS vasitəsilə məlumat alsın. Vətəndaş elektron xidmətlər vasitəsilə müraciət edib lazımi ödənişləri onlayn qaydada apara bilər.

Beləliklə, komitənin göstərdiyi 31 elektron xidmət vətəndaşların daşınmaz əmlakla bağlı həyata keçirmək istədikləri əməliyyatları olduqca rahatlaşdırır, şəffaflaşdırır və operativ edir. Bu xidmətlər təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün də faydalıdır. Bu xidmətlərin internet üzərindən həyata keçirilməsi iş adamları üçün xüsusilə əlverişlidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb