REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi bölgələrdə növbəti vətəndaş qəbulu keçirəcək
Bakı, 19 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyinin vətəndaş qəbulu vaxtı iyunun 29-na keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyunun 29-da Şabran rayonunda rayon sakinlərini fərdi qaydada qəbul edəcək. Komitə sədri tərəfindən qəbul saat 10:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
Həmin gün komitənin sədr müavinləri Rafiq Cəlilov Xızı rayonunda, Rüstəm Şahbazov isə Siyəzən rayonunda vətəndaşlarla görüşəcəklər. Komitə sədrinin müavinlərinin qəbulu saat 10:00-da müvafiq olaraq Xızı və Siyəzən şəhərlərindəki Heydər Əliyev Mərkəzlərində keçiriləcək.
Qəbulda komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq. Qəbulda qeyd edilən rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105); Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65; Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz ərazi şöbəsi: (02332) 5-39-72; (02332) 5-33-55; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Şabran rayon şöbəsi: (02332) 5-00-18; (02335) 3-24-63; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 Saylı Sumqayıt Ərazi İdarəsi: (018) 652-01-71; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xızı rayon şöbəsi: (02331) 5-05-76; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Siyəzən rayon şöbəsi: (02330) 4-27-15.