İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul etmişdir
Gəncə, 26 aprel (AZƏRTAC). Aprelin 26-da Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Gəncədə bu şəhərdən, eyni zamanda, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Naftalandan olan vətəndaşları qəbul etmişdir.
AZƏRTAC xəbər verir ki, qəbulda vətəndaşların dövlət əmlakının səmərəli istifadə edilməsi, özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, eləcə də komitənin fəaliyyət istiqamətinə aid olan digər məsələlərlə bağlı müraciətlər dinlənilmişdir.
Qaldırılan bəzi məsələlər komitənin müvafiq ərazi bölmələri tərəfindən dərhal həll edilməsi üçün göstərişlər verilmiş, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və s. sahələr üzrə problemlərin həlli ilə bağlı məsələlər isə nəzarətə götürülmüşdür.