Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ƏMTƏƏ NİŞANLARI VƏ COĞRAFİ GÖSTƏRİCİLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 1998-Cİ İL 19 AVQUST TARİXLİ 749 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 3 aprel tarixli 783-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №8, maddə 499; 2002-ci il, №1, maddə 14; 2003-cü il, №10, maddə 571; 2006-cı il, №9, maddə 743; 2009-cu il, №4, maddə 226) 2-ci bəndinə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“həmin Qanunun 26-cı maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması ilə əlaqədar şərab və kənd təsərrüfatı məhsullarına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, müalicə-sağlamlaşdırma yerləri və təbii müalicə ehtiyatları ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, xalq sənətkarlığı məmulatları ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları, əmtəə nişanlarının qeydiyyatı ilə əlaqədar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin