İQTİSADİYYAT
Enerji obyektlərində aparılan yenidənqurma işləri “Mingəçevir” Regional Elektrik Şəbəkəsi Müəssisəsində davam etdirilmişdir
Bakı, 25 may (AZƏRTAC). Enerji obyektlərində aparılan yenidənqurma işləri “Mingəçevir” Regional Elektrik Şəbəkəsi Müəssisəsində davam etdirilmişdir. Görülmüş işlər nəticəsində istehlakçılar daha da dayanıqlı elektrik enerjisi ilə təmin edilmişlər.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin ötən 4 ayında müəssisə üzrə keçirilmiş reydlər zamanı 400-dən çox istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Hesabat aparılaraq itirilmiş elektrik enerjisinin 101,4 min manatdan çox istehlak dəyəri bərpa olunmuşdur.
Bu dövrdə burada 35,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 163 min kilovat-saatdan çox azalmış, ödəniş artmışdır. Daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 237 min kilovat-saata yaxın azalaraq 9,3 milyon kilovat-saatdan artıq olmuşdur. Ödənişdə artım müşahidə olunmuşdur.