Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ƏRAZİ QURULUŞU VƏ İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2000-Cİ İL 21 OKTYABR TARİXLİ 406 NÖMRƏLİ FƏRMANINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 853-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 148 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 721; 2001-ci il, № 12, maddə 755; 2009-cu il, № 8, maddə 624) 2-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

ikinci abzasda “10.2-ci,” sözlərindən sonra “10.3-cü,” sözləri əlavə edilsin və “və 12.3-cü” sözləri “, 12.3-cü, 12.3.1-ci və 13-1.1-ci” sözləri ilə əvəz edilsin;

üçüncü abzasda “və 9.8-ci” sözləri “9.8-ci, 10.3.1-ci və 10.3.3-cü” sözləri ilə əvəz edilsin;

dördüncü abzasda “və 9.6.2-ci” sözləri “, 9.6.2-ci və 10.3.2-ci ”

beşinci abzasda “8.4.5-ci,” sözlərindən sonra “10.3.4-cü,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin