ERMƏNİLƏR MƏYUS OLMAĞA BAŞLAMIŞLAR
Paris, 26 fevral (AZƏRTAC). Uydurma “erməni soyqırımı”nın Amerika Birləşmiş Ştatlaında tanınacağı və yeni prezidentin “soyqırım” sözünü işlədəcəyi ümidi ilə Barak Obamanın seçkilərində əldən-ayaqdan getmiş ermənilər son zamanlar məyus olmağa başlamışlar.
Fransada nəşr olunan bir çox erməni mətbu orqanlarında, o cümlədən gündəlik “Ermənistan xəbərləri” ( “Les Nouvelles d’Armenie » ) qəzetində dərc olunmuş yazılardan bu aydınca hiss olunur. Qəzetin 25 fevral tarixli nömrəsində dərc olunmuş “Erməni politoloqunun fikrincə Barak Obama “soyqırımı” sözünü işlətməyəcəkdir” sərlövhəli yazıda bu xəbər az qala göz yaşları axıdılaraq “ürəkağrısı” ilə oxuculara çatdırımışıdır. Adətən özləri barədə həmişə müştəbeh və doğrunu yalan kimi qələmə verməkdə usta olan ermənilərin gözlənilmədən belə xəbər yaymaları həm təəccüb doğurur, həm də şübhə yaradır. Amerikada keçirilmiş prezident seçkilərində Barak Obamanı dəstəkləmiş erməilər onun tarixi faktlara əsaslanmayan “soyqırımı” ifadəsini işlədəcəyi və onun tanınmasında erməniləri dəstəkləyəcəyi barədə neçə vaxt idi ki, Amerikada, habelə digər ölkələrdəki erməni lobbisi möhkəm səs-küy qaldırmışdılar. Amma bu dəfə də onların “uzaqgörən” siyasəti iflasa uğramaqdadır. Qəzet başqa xalqların politoloqlarının deyil, məhz özlərininkinin fikrinə istinad edərək Barak Obamanın aprelin 24-də erməni icması ilə görüşdə “soyqırımı” ifadəsini işlətməyəcəyini qeyd etmişdir.
Qəzet açıq şəkildə “erməni soyqırımı” məsələsinə görə Amerikanın bir çox sahələrdə uzun illər müttəfiqi oluğu, əməkdaşlıq etdiyi, ərazisində hərbi bazalarını yerləşdirdiyi və bölgədə xüsusi strateji mövqeyə malik Türkiyə ilə əlqaələrinə son qoymayacağını və belə siyasi addımın qətiyyən inandırıcı olmadığını etriraf etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris