Ermənilər yenə də suyu bulandırırlar
Bakı, 13 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə aprel ayının birinci ongünlüyü üçün monitorinq keçirmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirilmişdir ki, Kür çayında su sərfi mart ayının üçüncü ongünlüyünə nisbətən artaraq saniyədə 476 kubmetrə çatmış, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət və sənaye tullantılarının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun əsas çirkləndiriciləri sayılan fenol və mis birləşmələri Şıxlı-2, Ağstafaçay məntəqələrində yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Araz çayında su sərfi 116 kubmetr/saniyə təşkil etmişdir. Horadiz, Birinci Şahsevən və Bəhramtəpə məntəqələrində zərərli maddələr YVQH-dən çox olmuşdur.
Bütün məntəqələrdə suyun oksigen rejimi sanitar norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]