SİYASƏT
Ermənistan silahlı birləşmələri atəşkəs rejimini mütəmadi olaraq pozmaqda davam edirlər
Bakı, 12 iyun (AZƏRTAC). Cəbhə xəttində vəziyyət gərgin olaraq qalır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistanın silahlı bölmələri iyunun 11-də saat 08.00-dan iyunun 12-si saat 08.00-dək qoşunların təmas xəttinin Göygöl, Daşkəsən, Gədəbəy, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları istiqamətlərində atəşkəs rejimini mütəmadi olaraq pozmaqda davam etmişlər.
Azərbaycan tərəfi heç bir itki verməmişdir və yaralanan olmamışdır.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:28]
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
- 07.05.2024 [16:01]
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
- 07.05.2024 [14:35]