SİYASƏT
Ermənistan silahlı birləşmələri atəşkəs rejimini mütəmadi olaraq pozmaqda davam edirlər
Bakı, 14 iyun (AZƏRTAC). Ermənistanın silahlı bölmələri iyunun 13-ü saat 08.00-dan bu gün səhər saat 08.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında, Göygöl və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Horadiz, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun Şıxlar, Cəvahirli və Şirvanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini mütəmadi olaraq pozmaqda davam etmişlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan tərəfi heç bir itki verməmişdir və yaralanan olmamışdır.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.