SİYASƏT
Ermənistan silahlı birləşmələri cəbhə xəttinin bir neçə istiqamətində atəşkəsi pozmuşlar
Bakı, 13 iyun (AZƏRTAC). Ermənistan ordusunun bölmələri iyunun 12-də və 13-də gecə Azərbaycan Respublikasının Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Mərzili, Goranboy rayonunun Tap Qaraqoyunlu, Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.