SİYASƏT
Ermənistan silahlı birləşmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmuşlar VİDEO
Bakı, 25 mart (AZƏRTAC). Ermənistan ordusunun bölmələri martın 24-də və 25-də gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı, Şirvanlı, Sarıcalı, Novruzlu, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulmuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.