SİYASƏT
Ermənistan silahlı bölmələri atəşkəs rejimini pozmaqda davam edirlər
Bakı, 15 mart (AZƏRTAC). Ermənistan silahlı bölmələri martın 14-də və 15-də gecə Ermənistanın Noyemberyan rayonunun Berdavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Kəmərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, erməni silahlıları Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğal olunmuş Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə məruz qoymuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.