ORDU
Ermənistan silahlı qüvvələrinin basqını zamanı həlak olmuş hərbi qulluqçular “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif ediliblər
Bakı, 3 avqust (AZƏRTAC). Ermənistan Respublikasının silahlı qüvvələrinin son günlər cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı döyüşlərdə həlak olmuş hərbi qulluqçular müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2014-cü il 3 avqust tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif ediliblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 3-də və 4-də hərbi qulluqçuların ailələrinə medalların təqdim edilməsi mərasimləri təşkil olunacaq.
X X X
Artıq Sumqayıt şəhərində, Quba, Xaçmaz, Salyan və Ağdam rayonlarında medallar şəhidlərin ailələrinə, yaxınlarına təqdim olunub və başsağlığı verilib.