SİYASƏT
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ ATƏŞKƏS REJİMİNİ POZMAQDA DAVAM EDİR
Bakı, 27 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 26-da saat 12.30-dan 12.45-dək və 22.40-dan 22.50-dək Ağdam rayonunun Sarcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.30-dan 14.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında, saat 16.00-dan 16.10-dək və saat 23.25-dən 23.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə, saat 23.05-dən 23.20-dək Cəbrayıl rayonunun Mehdili və Cocuqmərcanlı kəndləri yaxınlığında, saat 14.05-dən 14.25-dək və noyabrın 27-də saat 05.10-dan 05.20-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.