SİYASƏT
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ ATƏŞKƏS REJİMİNİ POZMUŞLAR
Bakı, 27 fevral (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 26-da saat 17.30-dan 17.40-dək və 22.00-dan 22.05-dək Ermənistanın Berd rayonunun Mosesqex kəndi və Noyemberyan rayonunun Vazaşen kəndi ərazisindəki mövqelərdən silahlı qüvvələrimizin Tovuz və Qazax rayonları ərazilərindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 11.05-dən 11.15-dək, 18.20-dən 18.50-dək və fevralın 27-də saat 05.30-dan 05.40-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12.30-dan 12-40-dək və 18.55-dən 19.00-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, 16.20-dən 16.45-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tap Qaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.20-dək və fevralın 27-də saat 03.15-dən 03.50-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığındakı mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.