SİYASƏT
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİNİ ATƏŞƏ TUTMUŞLAR
Bakı, 15 sentyabr (AZƏRTAC).Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 14-də saat 14.20-dən 14.40-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 18.25-dən 18.50-dək Goranboy rayonunun Gülüstan, saat 22.40-dan 23.00-dək və avqustun 15-də saat 5.45-dən 6.05-dək Ağdam rayonunun Mərzili və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 1.20-dən 1.35-dək Füzuli rayonunun Horadiz, saat 1.45-dən 2.20-dək Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur.
İtki yoxdur.