SİYASƏT
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ BİR NEÇƏ İSTİQAMƏTDƏ ATƏŞKƏSİ POZMUŞLAR
Bakı, 5 noyabr (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 4-də saat 11.00-dan 11.10-dək Berd rayonunun Qarasu kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 21.15-dən 21.25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 7.20-dən 7.35-dək, 22.30-dan 22.40-dək və noyabrın 5-də saat 00.02-dən 00.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.