Əsgər ailəsi ilə görüş
Göyçay, 25 dekabr, AZƏRTAC
Göyçay rayonunda Vətən müharibəsində şəhid olanların ailələri, qazilər və əsgər ailələri ilə görüşlər davam edir. AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, növbəti belə görüş Vətən müharibəsində döyüşən, hazırda da əsgər vəzifəsini ləyaqətlə davam etdirən Göyçay şəhər sakini Orxan Fərzəliyevin ailəsi ilə olub. Rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi, habelə müvafiq qurumların nümayəndələri ailənin qayğıları ilə maraqlanıb, onlara bayram hədiyyəsi verilib. Qeyd edək ki, Orxan Fərzəliyev cəbhəyə könüllü olaraq gedib. Bu gün ailədə onu iki azyaşlı övladı gözləyir.