EŞQİN TƏRSİ-AVANDI OLMUR
Bu sabiq hərbi qulluqçunun birinci nikahıdır, lakin onun sevgilisi Vuk Kundor iyirmi dəfə ərə getmişdir. Ərlərindən çox yaşayan qadın öz sağlam ürəyini yeni hisslər üçün qoruyub saxlamışdır. Təzəbəy “Xarian Metro” qəzetinə müsahibəsində demişdir: “O uşaqsız və tənha idi. Əvvəl bizim aramızda dostluq əlaqələri yarandı, sonra bu hisslər tezliklə sevgiyə çevrildi”.
Məhəmməd xanımı ilə mənəvi rahatlıq tapmışdır. Xanımı boş vaxtlarında İslam adət-ənənələrinin və qanunlarının müdrikliyindən danışır, əri isə ona latın əlifbasını öyrədir ki, qəzetləri oxuyub zamanla ayaqlaşsın. Ər-arvadın dediyinə görə, yaş fərqi birgə sakit həyatlarına mane olmur. Jurnalistlərin Məhəmmədin şəriətə görə daha üç arvad almaq imkanından istifadə edib-etməyəcəyi barədə sualına Vuk Kundorun özü cavab vermişdir ki, indiki ömür-gün yoldaşını çox sevir və 22-ci dəfə ərə getmək niyyətində deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:26]
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb
- 13.11.2026 [16:23]