Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Əsrin müqaviləsi”: Azərbaycanın müasir neft və qaz sənayesində qazma işlərində yeni dövrün başlanğıcı

“Əsrin müqaviləsi”: Azərbaycanın müasir neft və qaz sənayesində qazma işlərində yeni dövrün başlanğıcı

Bakı, 3 sentyabr, AZƏRTAC

İyirmi beş il əvvəl – 1994-cü il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Saziş” imzalandı. Bu, müasir Azərbaycan tarixində olduqca mühüm hadisə idi. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu Saziş olduqca çətin ictimai-siyasi proseslər dövründə imzalandı. Çünki o vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi, ölkə iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılmışdı. Belə bir şəraitdə hər hansısa bir ölkənin, şirkətin Azərbaycana böyük investisiyalar yatırması olduqca mümkünsüz görünürdü. Bu amillər böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Lakin ulu öndər Heydər Əliyev şəxsiyyəti, onun iradəsi, qətiyyəti və müdrikliyi, Ümummilli Liderin siyasi uzaqgörənliyi danışıqların uğurla başa çatmasını və “Əsrin müqaviləsi”nin imzalanmasını təmin etdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu bütün tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan bu neft kontraktları imzalandı. Bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

“Əsrin müqaviləsi” Azərbaycan neft strategiyasının

yeni parlaq mərhələsinin başlanğıcıdır

Ulu öndər Heydər Əliyevin böyük əməyi, dünyanın müxtəlif ölkələrində apardığı danışıqlar sayəsində imzalanması mümkün olan “Əsrin müqaviləsi” Sazişində dünyanın yeddi ölkəsinin 11 məşhur neft şirkəti– BP, Statoil, Amoco, TPAO, Itochu, ExxonMobil, Lukoil, Delta, Remko, McDermot, Hess şirkətləri iştirak etdilər. Bu tarixi hadisədən sonra müstəqil Azərbaycanın neft strategiyası dövlətin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrildi. Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsi illəri – misilsiz inkişaf dövrü başlandı. Ötən əsrin 90-cı illərində dərin böhran içində boğulan respublika XXI əsrin ilk illərindən sürətlə inkişaf edib çiçəklənən bir diyara, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrildi.

Azərbaycanın neft sənayesinin, ümumiyyətlə iqtisadiyyatının inkişafında, xalqımızın güzəranının yaxşılaşmasında əvəzsiz rol oynayan bu sazişə əsasən Azərbaycanın dəniz yataqları olan “Çıraq”, “Azəri” və “Günəşli” yataqlarının mənimsənilməsi 30 il müddətinə nəzərdə tutulurdu.

Sonrakı dövrdə görülən işlər, kəşf olunan yataqlar Azərbaycanın enerji potensialını daha da artırdı. Sonrakı illərdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə Azərbaycanın inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynayan 30-dan çox saziş imzalandı.

Həmçinin yeni boru kəmərlərinin çəkilməsi labüd idi. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan kəmərləri Azərbaycan neftinin dünya bazarına çıxarılmasını təmin etdi.

 Azərbaycanın böyük tarixə malik neft sənayesi

Azərbaycanın böyük tarixə malik neft sənayesinin olduğu heç kimə sirr deyil. Dünyada ilk dəfə olaraq Bibiheybətdə dənizdə əl quyusundan neft hasil edilib. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınıb. Məhz Azərbaycanın neft sənayesinin inkişafı da həmin dövrdən başlayıb. Sonrakı dövrlərdə də Azərbaycan dünyada özünün neft sənayesi, peşəkar neftçiləri ilə tanınıb. Lakin xalqımız heç vaxt müstəqillik illərindəki kimi, bu təbii sərvətinin sahibi olmayıb.

2017-ci il noyabrın 8-də xalqımız Azərbaycanda iki milyard ton neftin hasil olunmasını qeyd etdi. Əlbəttə, bu mühüm tarixi nailiyyət ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli neft strategiyasının uğurlu icrası nəticəsində mümkün olub.

1971-ci ildə Heydər Əliyevin iştirakı ilə Azərbaycanda bir milyard ton neftin çıxarılması münasibətilə tədbir keçirilib. Məhz ümummilli lider Heydər Əliyev tərəfindən 1970-1980-cı illərdə Azərbaycanda neft sənayesinin inkişafı üçün çox ciddi addımlar atılıb. O vaxt neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi, neftayırma zavodunun rekonstruksiyası və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində o illərdə 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, o cümlədən 2500 ton gücündə “Azərbaycan” kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növlərinin, dənizin 200 metr dərinliyində işləməyə imkan verən “Xəzər” tipli özüqalxan, "Şelf" tipli üzən qazma qurğularının alınması dənizin daha dərin qatlarında zəngin neft və qaz yataqlarının kəşfinə imkan yaratdı. Nəticədə neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artdı.

Sonrakı illərdə bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də tənəzzül dövrü başladı. Xüsusən müstəqilliyimizin ilk illərdə Azərbaycan iqtisadiyyatına, Azərbaycan sənayesinə, o cümlədən neft sənayesinə ağır zərbələr vuruldu. Lakin Heydər Əliyevin hakimiyyətə qayıdışı və onun müdrikliklə reallaşdırdığı neft strategiyası, 1994-cü ildə “Əsrin müqaviləsi”nın imzalanması bu dönüş nöqtəsi oldu.

Azərbaycanın neft-qaz siyasətinin uğurları

2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, Chevron, Inpex, Statoil, ExxonMobil, TP, Itochu və ONGC Videsh şirkətlərinin rəsmiləri imzalayıb. Sazişə əsasən BP layihənin operatoru olaraq qalıb.

Bu saziş 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin davamı olaraq müasir Azərbaycanın həyatında çox əlamətdar və tarixi bir hadisə oldu. Bununla da “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlandı. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalandı. Bu Sazişin “Yeni Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

Sazişin bir hissəsi olaraq SOCAR-ın “Azəri-Çıraq-Günəşli”dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində “Azəri-Çıraq-Günəşli”yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı, icra edilən uğurlu layihələr sayəsində bu gün Azərbaycan nefti və qazı artıq dünya bazarlarına çıxır və ölkəmiz beynəlxalq mövqelərini daha da möhkəmləndirir.

2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağındakı qazın Gürcüstan və Türkiyəyə ixracına başlanıldı.

Qeyd edək ki, Azərbaycanda aşkar edilmiş ən böyük qaz yatağı olan “Şahdəniz” təxminən 860 kvadratkilometr ərazini əhatə edir və onun ilkin geoloji qaz ehtiyatı 1,2 trilyon kubmetrdir.

Bu gün ölkəmizin təşəbbüsü ilə reallaşdırılan və ötən il istifadəyə verilən Cənub Qaz Dəhlizi və onun əsas seqmenti olan TANAP layihələri isə Azərbaycan qazının Avropaya ixracını təmin edir. Belə ki, “Şahdəniz 2” layihəsi çərçivəsində hasil olunacaq qaz Cənub Qaz Dəhlizi ilə ötürüləcək. Qaz təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ərazisinə nəql olunacaq. İlk qazın Avropaya isə 2020-ci ildə çatacağı nəzərdə tutulur.

Neft-qaz sənayesində qazma işlərində yeni dövr

“Əsrin müqaviləsi”nin imzalanması, yeni neft strategiyasının uğurla icrası sayəsində bu gün Azərbaycanda müasir dövrün tələblərinə uyğun, mütərəqqi texnologiyalar vasitəsilə tikinti, qazma işləri həyata keçirilir. Əlbəttə ki, yeni texnologiyaların tətbiqi Xəzərin daha mürəkkəb yataqlarında qazma işlərinin aparılmasını təmin edir.

Bu gün yeni yataqların kəşfi və istismarı Azərbaycanın enerji ehtiyatlarını artırmaqla yanaşı, ölkəmizin ixrac imkanları da genişlənir. Bu, həmçinin regional və qlobal əhəmiyyətli digər layihələrin reallaşması üçün də etibarlı əsas yaradır. Azərbaycandakı yataqlardan bu günədək 2 milyard tondan çox neft çıxarılıb, həmçinin 828 milyard kubmetrdən çox qaz hasil olunub.

2000-ci ildən bu günədək SOCAR-ın müəssisələri tərəfindən təxminən 2,6 milyon metrdən çox qazma işləri həyata keçirilib və 1490 hasilat quyusu qazılıb. Azərbaycanda hər il orta hesabla 70-80 quyu istismara verilir.

Bu gün dərin qazma işləri müasir innovasiyalara və peşəkar kadrlara tələbatı artırır, həmçinin qiymətli kimyəvi reogentlər, yeni keyfiyyətli yuyucu məhsullar tələb edir. Ölkəmizdə neft-qaz sənayesinin inkişafı sayəsində 5-6 min dərinlikli quyuların qazılması həyata keçirilir, qazma prosesi daha dərin qatlara qədəm qoyub. Məlum olduğu kimi, sovet texnologiyalarına əsaslanan üzən qazma qurğuları belə dərinlikləri fəth edə bilməmişdi. Ölkəmizdə də uğurla tətbiq olunan müasir texnologiyalarda ifadə tapan investisiyalar dənizdəki qazma qurğularının mütərəqqi standartlara cavab verən modifikasiyasını təmin edib. Şelf adı ilə kodlaşdırılan köhnə qazma qurğuları yeni adda və tərtibatda “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” kimi modern dərin qazma qurğularına çevriliblər. Daha çevik və imkanlı “İstiqlal” qazma qurğusu 200 milyon ABŞ dolları və 1200 mütəxəssis əməyi hesabına bərpa edilərək dənizin 700 metrliyində, 7600 metr dərinlikdə quyu qazılmasını reallaşdırır. Müasir dəniz qazma qurğularının nomenklatur təsnifatı genişdir. Buraya daha mütərəqqi və intişar tapmış standartlı FPS-üzən istismar sistemi; FPSS-yarım daldırılmış istismar sistemi; TLP-dartılan dayaqlı platforma; FPSO-neft hasilatı, saxlama və məhsuldarlığı yüksəltmə qurğusu və digərləri də daxildir. Şübhəsiz ki, Xəzərin yeni zəngin karbohidrogen yataqları respublikanın neft-qaz sənayesinə, o cümlədən qazma prosesinin inkişafına mütərəqqi dəyişikliklər gətirir. Qazma texnologiyasının, qurğuların modernləşdirilməsinə qoyulan sərmayələr dənizin perspektivli yataqlarında tətbiqini nəzərdə tutur.

Xəzər dənizinin neft və qaz yataqlarında quyuların qazılması istiqamətində uğurla fəaliyyət göstərən müəssisələrdən biri də 2007-ci ildə təsis edilən SOCAR AQŞ MMC-dir. Onun əsas fəaliyyət istiqaməti Xəzər dənizinin neft və qaz yataqlarında quyuların qazılmasından ibarətdir. Müəssisə tərəfindən aparılan qazma işlərində müasir tələblərə, beynəlxalq standartlara cavab verən avadanlıqlardan istifadə olunur.

Bütün bu qazanılan nailiyyətlər onu göstərir ki, “Əsrin müqaviləsi” imzalanandan bu günə qədər ulu öndər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Bu gün Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanmasında, kifayət qədər böyük valyuta ehtiyatlarının olmasında və iqtisadiyyatın dinamik şəkildə inkişafında “Əsrin müqaviləsi”nin xüsusi rolu var. Azərbaycanda iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılıb və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək və dünya dövlətləri arasındakı mövqeyini daha da möhkəmləndirəcək.

Yazı “SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

Əsəd Məmmədov

AZƏRTAC-ın redaksiya müdiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib

Qırğızıstanda dondurma maşını 28 uşağı yaralayıb

“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans

BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramı üzrə Rəhbər Komitənin iclası keçirilib

Şuşada dini liderlərin görüşü keçirilib, şəhərlə tanışlıq olub YENİLƏNİB-3 VİDEO