İQTİSADİYYAT
“Əsrin müqaviləsi”nin 20 illik yubileyi ilə bağlı keçirilən yazı müsabiqəsinə yekun vurulub
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqənin “Sənaye ili” çərçivəsində keçirildiyini və Azərbaycanın müasir enerji strategiyasının reallaşmasında mühüm rol oynayan “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunduğunu deyib.
Məlumat verilib ki, müsabiqəyə “Heydər Əliyev - milli neft strategiyasının banisi”, “Prezident İlham Əliyevin Azərbaycan sənayesinin modernləşdirilməsi siyasəti” və “Əsrin müqaviləsi: Azərbaycanda sənayenin inkişafında yeni mərhələnin başlanğıcı” mövzularında yazılar qəbul edilib. Ümumilikdə müsabiqəyə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yer alan 50-dən çox jurnalist yazısı təqdim olunub.
Sonra Milli Məclisin sədr müavini Bahar Muradova, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xalik Məmmədov və “SOCAR-AQŞ” MMC-nin baş direktoru Ramin İsayev çıxış edərək “Əsrin müqviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən danışıb, müsabiqə qaliblərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Mükafatlandırılanlar arasında AZƏRTAC-ın əməkdaşı Nihad Budaqov da olub.