Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayddan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı və təbriklərimi çatdırım.

Estoniya ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşma ruhunda qurulmuş əla münasibətləri çox yüksək qiymətləndirir. Mən ölkələrimiz arasında əməkdaşlığın xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcəyinə əminəm.

Zati-aliləri, mənim ən yüksək ehtiramımı, eləcə də Azərbaycanın və onun xalqının rifahı və firavanlığı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Kersti Kalyulayd

Estoniya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin