Estoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Toomas Hendrik İlvesə
Hörmətli cənab Prezident,
Əziz Dostum,
Estoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 fevral 2015-ci il.