ELM VƏ TƏHSİL
Estoniya Təhsil Nazirliyinin layihəsində Azərbaycan da təmsil olunacaqdır
Tallinn, 20 iyun (AZƏRTAC). Estoniya Təhsil Nazirliyi yeni layihə elan etmişdir.
Ona yaxın ölkənin tarixi və mədəniyyəti, ənənələri ilə yaxından tanışlığı nəzərdə tutan layihə sentyabr ayından başlayaraq tədris ili boyu Estoniyanın uşaq bağçalarında həyata keçiriləcəkdir.
Ölkələrin siyahısında İngiltərə, Belçika, Yaponiya və digər ölkələrlə yanaşı, Azərbaycan da vardır. Layihənin şərtlərinə görə Tallinndə fəaliyyət göstərən uşaq bağçaları ayrı-ayrılıqda hərəsi bir ölkəni təmsil edəcəkdir.
Tallinn Vormsi uşaq bağçası Azərbaycanı təmsil edəcəkdir. Azərbaycan günləri çərçivəsində ölkəmizə dair sərginin təşkili, Novruz bayramına həsr edilmiş tədbir, eston uşaqlarının “Cücələrim” mahnısını öz dillərində ifası və digər maraqlı tədbirlər gözlənilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn