İQTİSADİYYAT
Ətraf mühitin mühafizəsi mövzusunda toplantı keçirilmişdir
Bakı, 20 iyul (AZƏRTAC). İyulun 19-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ARDNŞ ilə hasilatın pay bölgüsü sazişləri üzrə birgə fəaliyyət göstərən “Suraxanı Oyl” Əməliyyat Şirkəti, ''Neftçala Operating Company Ltd'' və “AzGerneft” MMC-nin rəhbərləri ilə “Lay sularının idarəedilməsi” mövzusunda görüş keçirmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda əməliyyat şirkəti və MMC rəhbərləri bu sahə üzrə gördükləri işlər haqqında qısa məlumat vermişlər. Görüşdə ARDNŞ-in vitse-prezidenti əməliyyat şirkəti və MMC-lərə sahələrdəki ekoloji vəziyyətə dair öz iradlarını bildirmiş, habelə növbəti illərdə görəcəkləri ekoloji yönümlü işlər barədə hər ay ətraflı məlumat vermələrini, istehsalat ərazilərində ekoloji vəziyyətin öyrənilməsini, lay suları və digər ekoloji problemlərin aradan qaldırılması üçün ARDNŞ-in Ekologiya İdarəsi ilə birgə işləmələrini təklif etmişdir.