Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Eurovision–2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə builki televiziya müsabiqəsi Azərbaycan Respublikası təmsilçilərinin parlaq qələbəsi ilə başa çatmışdır. Müsabiqənin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-ci ilin may ayında Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 2012-ci ilin may ayında Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

 

Təşkilat Komitəsinin sədri

Mehriban Əliyeva -YUNESKO-nun xoşməramlı səfiri,

Heydər Əliyev Fondunun prezidenti

Təşkilat Komitəsinin üzvləri

Elmar Məmmədyarov -Azərbaycan Respublikasının

xarici işlər naziri

Ramil Usubov -Azərbaycan Respublikasının daxili

işlər naziri

Şahin Mustafayev -Azərbaycan Respublikasının

iqtisadi inkişaf naziri

Əbülfəs Qarayev -Azərbaycan Respublikasının

mədəniyyət və turizm naziri

Əli Abbasov -Azərbaycan Respublikasının rabitə

və informasiya texnologiyaları naziri

Azad Rəhimov -Azərbaycan Respublikasının

gənclər və idman naziri

Hacıbala Abutalıbov -Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Cahangir Əsgərov -“Azərbaycan Hava Yolları” Qapalı

Səhmdar Cəmiyyətinin prezidenti

Etibar Pirverdiyev -“Azərenerji” Açıq Səhmdar

Cəmiyyətinin prezidenti

Baba Rzayev -“Bakıelektrikşəbəkə” Açıq Səhmdar

Cəmiyyətinin sədri

İsmayıl Ömərov -Azərbaycan Respublikasının İctimai

Televiziya və Radio Yayımları Şirkətinin

baş direktoru

Əli Əsədov -Azərbaycan Respublikası Prezidentinin

İqtisadi məsələlər üzrə köməkçisi

Fatma Abdullazadə -Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının Humanitar

siyasət məsələləri şöbəsinin müdiri

2. Təşkilat Komitəsi “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin