“Eurowings” Praqaya gəlir
Praqa, 12 iyun, AZƏRTAC
Almaniyanın “Eurowings” loukosteri yaxın vaxtlarda öz bazalarının siyahısına birini də əlavə edəcək. Yeni baza Praqada açılacaq.
AZƏRTAC xəbər verir ki, həmin baza bu il oktyabrın sonunda açılacaq. Müşahidəçilərin fikrincə, Almaniyanın Lufthansa aviaşirkətinin törəmə müəssisəsi olan “Eurowings” hazırda müflisləşmə həddində olan çexiyalı rəqibinin zəifləməsi səbəbindən belə bir addım atır.
“Eurowings” Avropanın ən iri paytaxtlarından Çexiya Respublikasına, həmçinin Barselona, Kanar adaları, Mayorka kimi populyar turizm istiqamətlərinə birbaşa reysləri təmin etmək niyyətindədir.
“Eurowings” oktyabrın 31-dən etibarən iki “Airbus A320” təyyarəsini və öz işçilərini Vatslav Havel adına Praqa aeroportunda yerləşdirəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [20:57]
Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub
- 12.11.2026 [20:31]
ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar
- 12.11.2026 [19:31]
Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib
- 12.11.2026 [18:53]
London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır
- 12.11.2026 [18:44]
Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar
- 12.11.2026 [18:33]
Vaşinqtonda silahlı insident baş verib
- 12.11.2026 [18:28]