“Evdə tək” filmindəki ev satışa çıxarılıb
Bakı, 29 may, AZƏRTAC
1990-cı ildə çəkilmiş “Evdə tək” komediya filmi Milad filmləri kateqoriyasında əfsanə statusuna layiq görülüb. Film Milad bayramında ailəsinin Çikaqodakı şəhər ətrafında yerləşən nəhəng evində təsadüfən tək qalan gənc Kevin Makkalister haqqındadır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, indi filmin çəkildiyi həmin ev satışa çıxarılıb. Malikanə ABŞ-ın İllinoys ştatının Vinnetka şəhərində yerləşir, burada beş yataq otağı və altı hamam otağı var. Ev 5,25 milyon dollara satışa çıxarılıb.
Amerikanın “Zillow” daşınmaz əmlak agentliyinin məlumatına əsasən, evdə tam təchiz olunmuş trenajor zalı, ultramüasir kinoteatr, qapalı idman meydançası və üç maşınlıq qızdırılan qaraj var. Agentlik evin satın alınmasını “amerikan pop-mədəniyyətində ən kult iqamətgahlardan birinin sahibkarı olmaq üçün nadir fürsət” kimi təsvir edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [12:19]
ABŞ-nin kommersiya neft ehtiyatları 9 milyon barel artıb
- 12.11.2026 [12:07]
Süd vəzi xərçəngini erkən mərhələdə aşkarlayan yeni metod hazırlanıb
- 12.11.2026 [11:22]
Qlobal bazarlarda süni intellekt şirkətlərinin səhmlərinə maraq kəskin artıb
- 12.11.2026 [11:13]
Özbəkistanın birinci xanımı Antalyada mühüm ekoloji təşəbbüslər irəli sürüb
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Dünya Keyfiyyət Günüdür
- [09:30]
Bu gün Konstitusiya Günüdür
- [08:00]