Evdən yeddi min manatlıq qızıl oğurlanıb
Bakı, 27 aprel, AZƏRTAC
Səbail rayonunun Badamdar qəsəbəsindəki evlərin birindən yeddi min manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayon polis idarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin evdə işləyən xadimə və həyat yoldaşı müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [13:10]
Neftçalada quldurluq edən iki nəfər saxlanılıb
- 17.11.2026 [11:37]