İQTİSADİYYAT
“Expressbank” “ExpressClub” layihəsini təqdim edir
Bakı, 2 avqust, AZƏRTAC
“Expressbank” kart sahibləri üçün “Xərclərinizi gəlirə çevirin” şüarı altında “ExpressClub” layihəsini təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Expressbank”ın bütün kart sahibləri ölkə daxili POS-terminallar vasitəsilə alış-veriş edərkən, xərclədikləri məbləğin müəyyən hissəsini karta geri alacaqlar (Cash back). Bu vəsaiti müştərilər həm nağdlaşdıra, həm də POS-terminallar vasitəsilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirə bilərlər.
“ExpressClub” şəbəkəsinə daxil olan tərəfdaşların siyahısı daim yenilənməkdə və artmaqdadır. Şəbəkəyə daxil olan tərəfdaş şirkətlərdə “Expressbank” kartları ilə nağdsız ödəniş etdikdə müştərilərə 20 faizədək “Cash back” geri qayıdır. “ExpressClub” şəbəkəsinə daxil olmayan müəssisələrdə alış-veriş edən müştərilər də diqqətdən kənarda qalmayacaq və xərclədikləri vəsaitin 0,3 faizini karta geri alacaqlar. Beləliklə, “ExpressClub” sayəsində “Expressbank”ın bütün plastik kart sahibləri POS-terminallar vasitəsilə ödəməklə, xərclərini gəlirə çevirəcəklər.
“Expressbank”ın kartlarına dərhal, rahat və komissiyasız vəsaiti “ExpressPay” terminalları və mobil pul kisəsi vasitəsilə mədaxil etmək mümkündür.
Ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi “facebook” səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.