İQTİSADİYYAT
“Expressbank” müştərilərinə “Mükafat” əmanətini təqdim edir
“Expressbank” əmanət çeşidi sırasını genişləndirərək, müştərilərə “Mükafat” əmanətini təqdim edir. Müştərilər bu əmanət növü üzrə vəsait yerləşdirməklə həm Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanacaqlar, həm də daha çox gəlir əldə edəcəklər.
Bankdan AZƏRTAC-a bildirilib ki, “Mükafat” əmanəti 1, 2, 3, 4 və 5 illik müddətə yerləşdirilə bilər. Əmanətin illik faiz dərəcəsi müddətdən asılı olmayaraq 9 faiz təşkil edir. Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Əmanət hesabı açmaq üçün minimum 500 manat/ USD tələb olunur.
Əmanətin xüsusi üstünlüyü ondan ibarətdir ki, müddət və faizlərin ödənilmə növündən asılı olaraq, müştərilər müqavilə müddətinin sonunda bankdan əmanətin həcminin 15 faizinədək mükafat ala biləcəklər.
Bundan başqa, müştərilərə bank kartı da hədiyyə olunacaq.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.