Eyfel qülləsi qısa müddətə boşaldılıb
Bakı, 11 avqust, AZƏRTAC
“Paris-2024” Yay Olimpiya Oyunlarının sonuncu günündə təhlükəsizliklə bağlı ciddi boşluq aşkara çıxıb.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, mühafizə xidmətinin gözündən yayınan şəxs Eyfel qülləsinə dırmanıb. Heç bir qoruyucu vasitədən istifadə etməyən şəxs tikilinin Olimpiya halqalarının quraşdırıldığı hissəsindən də yuxarı dırmanmağa nail olub.
Polis qülləni boşaldıb və tikiliyə dırmanan şəxsi yerə endirib. Dindirmə zamanı onun Britaniya vətəndaşı olduğu müəyyən edilib. O, peşəkar sənaye alpinisti olduğunu bildirib.
Bu hadisə əhali arasında Oyunların təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]