FACİƏLİ YOL QƏZASI
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Xətai rayonunun ərazisində Ağdam rayon sakini Qabil Tağıyevin idarə etdiyi “Tofaş” markalı və Şərur rayon sakini Nurəddin Ramazanovun sürdüyü “QAZel” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Q.Tağıyev və avtomobildə olan sərnişin Dinyamin Babaşov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinlər isə xəstəxanaya yerləşdirilmişlər.
Salyan rayonunda Sakit Hacıyevin idarə etdiyi “İJ” markalı motosikleti aşırması özünün ölümünə səbəb olmuşdur.
Hadisələrlə bağlı cinayət işi açılmışdır, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]