Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“FELDYEGER RABİTƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA, AZƏRBAYCAN RESPUBLİKASININ 2004-CÜ İL 8 İYUN TARİXLİ 682-IIQ NÖMRƏLİ QANUNU İLƏ TƏSDİQ EDİLMİŞ “FELDYEGER RABİTƏSİ ORQANINDA XİDMƏT KEÇMƏ HAQQINDA ƏSASNAMƏ”YƏ, “KƏŞFİYYAT VƏ ƏKS-KƏŞFİYYAT FƏALİYYƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA, “ƏMƏK PENSİYALARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA VƏ “ƏDLİYYƏ ORQANLARINDA QULLUQ KEÇMƏ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №8, maddə 405) 10.1-ci maddəsində “xəsarət almış” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almış” sözləri ilə əvəz edilsin.

II. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №7, maddə 514; 2006-cı il, №3, maddə 221, №11, maddə 927) ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”yə aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 83-cü maddədə “xəsarət” sözündən sonra mötərizədə “yaralanma, travma, kontuziya” sözləri əlavə edilsin;

2. 100-cü maddədə “həlak olmuş” sözlərindən sonra mötərizədə “vəfat etmiş” sözləri əlavə edilsin, “yaralanma, kontuziya” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) alma» sözləri ilə əvəz edilsin.

III. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №8, maddə 601; 2006-cı il, №2, maddə 64, №3, maddə 221) 20.12-ci maddəsində aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. “həlak olmuş, bədən xəsarəti almış” sözləri “həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış” sözləri ilə əvəz edilsin;

2. “sağlamlığına” sözündən əvvəl “xəstəliklə əlaqədar” sözləri əlavə edilsin, “zərər” sözü “ziyan” sözü ilə əvəz edilsin.

IV. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №3, maddə 208; Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişiklik edilsin:

1. 11.2.1-ci, 12.2-ci və 17.2-ci maddələrdə “(yara, kontuziya və ya zədə)” sözləri “(yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsin;

2. 11.2.2-ci maddədə “zədə” sözü “xəsarət (yaralanma, travma,

kontuziya)” sözləri ilə əvəz edilsin;

3. 20.17.1-ci və 20.17.2-ci maddələrdə “xəsarət (yara, kontuziya və ya zədə)” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsin.

V. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №7, maddə 586; 2007-ci il №1, maddə 1) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 23.5-ci maddədə “xəsarət” sözündən sonra mötərizədə “yaralanma, travma, kontuziya” sözləri əlavə edilsin;

2. 37.3.1-ci maddədə “yaralanma, kontuziya” sözləri “xəsarətlə (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsin;

3. 37.6-cı maddədə “həlak olan” sözlərindən sonra mötərizədə “vəfat edən” sözləri əlavə edilsin.

VI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyul 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin