RƏSMİ SƏNƏDLƏR
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar diləyir, Azərbaycana və onun xalqına daha böyük tərəqqi, həmrəylik və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli əlaqələrimizin inkişaf etməsini arzulayıram.
Xahiş edirəm, ən xoş arzularımı qəbul edin.
Hörmətlə,
Mahmud Abbas
Fələstin Dövlətinin Prezidenti,
Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri