Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Hörmətli cənab Prezident,

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

İnanıram ki, ölkələrimiz arasında münasibətlər birgə səylərimizlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da uğurla inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Fələstin xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2022-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin