Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fərhad Məmmədov: Azərbaycan postkonflikt dövründə də regionun lider dövləti olaraq qalacaqdır

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədovun AZƏRTAC-a müsahibəsi

- Son dövrlərdə təmas xəttində Ermənistan silahlı qüvvələrinin fəallaşması, atəşkəsin pozulmasına yönəldilmiş təxribatların daha intensiv xarakter alması, rəsmi Yerevanın sülh danışıqlarından yayınması hansı daxili və xarici amillərlə bağlıdır?

- Bu gün Ermənistan Respublikası sosial, siyasi, iqtisadi, hətta demoqrafik problemlərin əhatəsindədir. Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması faktı bu ölkədə vəziyyətin daha da gərginləşməsi, ətraf aləmdən, regionda gedən müsbət dəyişikliklərdən, qlobal iqtisadi layihələrdən tamamilə təcrid olunması ilə nəticələnmişdir. Artıq donor dövlətlər və beynəlxalq təşkilatlar da Ermənistana hər hansı bir formada iqtisadi və maliyyə yardımlarının burada vəziyyəti yaxşılaşdıracağına, borc və kreditlərin nə vaxtsa geri qaytarılacağına şübhə ilə yanaşmaqdadırlar. İqtisadçıların proqnozlarına görə, işğalçı dövlətin xarici borclarının ümumi məbləği bu il ən yüksək həddə - 4,2 milyard ABŞ dolları həcminə çatacaqdır. Bu rəqəm isə ölkənin büdcə xərclərindən təqribən iki dəfə çoxdur. Ermənistanın Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, 2012-ci ildə büdcə kəsiri 350 milyon ABŞ dolları təşkil edəcəkdir. Rəsmi Yerevan isə donorların qapısını döyərək onların “xeyriyyəçi”liyinə, mərhəmət göstərib Ermənistanın dövlət borclarını siləcəklərinə ümid bəsləməkdədir.

Əlbəttə, yaranmış siyasi-iqtisadi və sosial vəziyyət əhali arasında gərginliyin şiddətlənib sosial partlayış həddinə çatmasına, hakimiyyətin yürütdüyü yarıtmaz siyasətə qarşı etirazların kütləvi xarakter almasına səbəb olmuşdur. Rəsmi statistik məlumatlar Ermənistan sakinlərində miqrasiya meyillərinin getdikcə artdığını və hər il təqribən 60 min nəfərin xarici ölkələrdə məskunlaşdığını bildirir. Halbuki yalnız 2012-ci ilin ilk dörd ayı ərzində 67 min 273 nəfər sosial-iqtisadi səbəblər üzündən ölkəni tərk etmişdir. Hakimiyyətə yaxın sosioloqlar bu faktı “ermənilərin genetik olaraq, yeni əraziləri fəth etmək meyilləri” kimi yozmağa çalışsalar da, Ermənistan Milli Elmlər Akademiyasının mütəxəssisləri tamamilə fərqli fikirdədirlər. Məsələn, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun araşdırmalarında deyilir ki, indiyədək ölkə vətəndaşlarının təqribən yarısı - iki milyon nəfər xarici ölkələrə mühacirət etmək məcburiyyətində qalmışdır. Sosioloji sorğular isə hazırda Ermənistanda yaşayan əhalinin 40 faizinin də potensial miqrant olduğunu müəyyənləşdirmişdir. Həmin şəxslərin 93 faizi xarici ölkələrdə məskunlaşmaq niyyətlərini Ermənistandakı dözülməz sosial-iqtisadi şərait, işsizlik problemi, ölkənin gələcəyinə inamsızlıq və mövcud hakimiyyətə etimadsızlıqla əlaqələndirmişdir.

Beləliklə, son dövrlərdə işğalçı Ermənistan Respublikasının döyüş bölgələrində fəallaşmasının, atəşkəs rejimini pozmasının və qoşunların təmas xəttində insan itkisi ilə nəticələnən təxribatlar törətməsinin arxasında rəsmi Yerevanın ictimai fikri ölkənin sosial-iqtisadi problemlərdən, hakimiyyət böhranından yayındırmaq, iqtisadi fəlakətdən xilas olmaq məqsədilə xaricdən ianələr toplamaq cəhdlərinin dayandığı şübhəsizdir. Bu təxribatlar isə atəşkəs rejiminin nisbi xarakter daşıdığını, işğalçı tərəfin sülh danışıqlarından məqsədli şəkildə yayındığını, mövcud status-kvonun bundan sonra da dəyişilməz qala bilməyəcəyini getdikcə daha aydın sübuta yetirməkdədir. Lakin ATƏT-in Minsk qrupunun həmsədrləri bir tərəfdən status-kvonun dəyişdirilməsini zəruri hesab etsələr də, digər tərəfdən bu istiqamətdə hələ də təsirli tədbirlər görmürlər.

Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi potensialı, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin məzmunu, eləcə də beynəlxalq normalardan irəli gələn tələblər Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərimizin geri qaytarılması, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası istiqamətində ən müxtəlif, hətta radikal variantların tətbiqi üçün geniş imkanlar açır. Bununla belə, Azərbaycan malik olduğu hərbi və hüquqi üstünlüklərə baxmayaraq, münaqişənin sülh yolu ilə nizamlanmasına doğru real səylər göstərdiyini dəfələrlə bəyan etmişdir. Rəsmi Yerevan isə hərb variantının - genişmiqyaslı döyüş əməliyyatlarının başlanmasını Ermənistanın labüd məğlubiyyəti və dövlətçiliyi üçün böyük fəlakətlə nəticələnəcəyini yaxşı dərk etməkdədir. Odur ki, bütün siyasi imkanlarını, məhdud hərbi gücünü mövcud status-kvonun saxlanılmasına, münaqişənin konservasiyasına yönəltməyə çalışır. Digər tərəfdən, münaqişənin nizamlanmasından sonra - postkonflikt dövründə də Azərbaycan Respublikasının Cənubi Qafqaz regionunun lider dövləti olaraq qalacağını yaxşı anlayır. Nəticədə, Azərbaycanın qonşu region dövlətləri, xüsusilə İran və Rusiya ilə münasibətlərinin pozulmasına, qarşılıqlı etimadsızlığın yaradılmasına istiqamətlənmiş əbəs cəhdləri məhz bu amildən qaynaqlanır.

- Strateji Araşdırmalar Mərkəzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı tədqiqat işləri aparılır?

- Strateji Araşdırmalar Mərkəzinin tədqiqat istiqamətləri genişdir. Aparılan araşdırmalar Azərbaycan Respublikasının daxili və xarici siyasəti, iqtisadiyyatı, milli maraqlarının təminatı ilə bağlı məsələləri, təhlükəsizlik problemlərini və s. əhatə edir. Lakin Azərbaycanın üzləşdiyi ən ağır problemin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün həll variantlarının öyrənilməsi, müvafiq təhlili materialların, proqnoz və tövsiyələrin hazırlanması digər əlaqədar dövlət qurumları və elmi təşkilatlarla yanaşı, mərkəzin də prioritet mövzularından biri olaraq qalmaqdadır. Eyni zamanda, xarici ölkələrdəki tərəfdaşlarımız - müvafiq beyin mərkəzlərinin mütəxəssisləri ilə birlikdə oxşar etnoərazi problemləri ilə üzləşmiş dövlətlərdə münaqişələrin nizamlanması təcrübəsini, onların Azərbaycan reallıqlarına uyğunlaşdırılması yollarını araşdırır, birgə elmi konfranslar, müzakirələr keçirir, elmi nəşrlər hazırlayır, beynəlxalq tədbirlərdə fəal iştirak edirik.

Ermənistanın işğal olunmuş ərazilərdən birmənalı olaraq geri çəkilməsindən, Dağlıq Qarabağın Azərbaycan Respublikası ərazisi tərkibində muxtariyyəti statusu ilə razılaşmasından başqa alternativ yolu yoxdur. Qeyd etmək istərdim ki, tədqiqatlarımız təkcə münaqişənin nizamlanmasına dair aktual məsələləri deyil, həm də perspektivli, postkonflikt dövründə - Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından sonra Dağlıq Qarabağın muxtariyyəti statusunun optimal variantlarını da əhatə edir. Ekspert və təhlilçilərimizin digər əhəmiyyətli tədqiqat sahəsi münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllindən, sülhün bərqərar olunmasından sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni sakinləri arasında qarşılıqlı etimadın yaranmasına, ortaq birgəyaşayış prinsiplərinin müəyyən edilməsinə, onların etnomədəni hüquqlarının, milli mədəniyyətlərinin qorunması və inkişaf etdirilməsinə, fiziki təhlükəsizliyinin təminatına, erməni əsilli vətəndaşlarımızın Azərbaycanın sosial, hüquqi, mədəni və iqtisadi məkanına inteqrasiyasına dair kompleks təkliflər paketini hazırlamaqdır.

- Dağlıq Qarabağın gələcək muxtariyyət statusu aktuallaşdıqca, bu məsələ həm Azərbaycanda və Ermənistanda, həm də münaqişənin həllində maraqlı olan beynəlxalq təşkilatlarda ciddi müzakirələrə səbəb olan mövzuya çevrilir.

- Münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli birmənalıdır və bu təkcə dövlətimizin, o cümlədən işğal altında olan Dağlıq Qarabağın azərbaycanlı və erməni əsilli sakinlərinin də maraqlarına, beynəlxalq hüquq normalarına və beynəlxalq təcrübəyə tam cavab verir. Əslinə qalsa, rəsmi Bakı hələ ötən əsrin 90-cı illərindən etibarən dəfələrlə Ermənistana və münaqişənin danışıqlar yolu ilə nizamlanmasında maraqlı olan beynəlxalq təşkilatlara Dağlıq Qarabağın Azərbaycan Respublikası tərkibində ən yüksək muxtariyyət statusuna dair təkliflər vermişdir. Lakin rəsmi Yerevanın guya həmin təkliflərdə “erməni icmasının mənafelərinin dolğun əhatə olunmadığını” bəhanə gətirməsi əslinə qalsa, siyasi riyakarlığın, Dağlıq Qarabağın erməni əsilli sakinlərinin maraqlarının nəzərə alınmamasının göstəricisidir.

- Strateji Araşdırmalar Mərkəzində öyrənilən variantlar münaqişə tərəflərinin maraqlarına və beynəlxalq hüquq normalarına nə dərəcədə cavab verir?

- Təbii ki, dünya təcrübəsində etnoərazi qarşıdurmalarının sülh yolu ilə nizamlanması məqsədilə istifadə olunmuş muxtariyyət variantlarının hər birinin fərqli və spesifik xüsusiyyətləri, üstün və məqbul olmayan cəhətləri vardır. Bu baxımdan, onlara “etalon” model qismində yanaşılmamalı, siyasi, hüquqi, sosial, etnomədəni müstəvidə diqqətlə öyrənilməli, yerli şəraitə, milli qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğunlaşdırılmalıdır.

Strateji Araşdırmalar Mərkəzində həmin modellərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində tətbiqi imkanlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri davam etdirilməkdədir. Tərəflərin, xüsusilə Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının təklif olunan muxtariyyət statusu barədə ortaq qənaətə gəlmələri üçün razılaşmada hər iki millətin nümayəndələrinin etnomədəni identikliyi, Azərbaycan Respublikası Konstitusiyasının tələbləri çərçivəsində yerli qanunvericilik və idarəetmə orqanlarının fəaliyyəti, onların səlahiyyət dərəcələri və digər mühüm aspektlər ciddi şəkildə nəzərə alınmalıdır. Qısaca olaraq, buraya Dağlıq Qarabağda iqtisadiyyat, maliyyə, təhsil, səhiyyə, humanitar əlaqələrə dair siyasətin müstəqillik dərəcəsinə, sosial-iqtisadi sahələrin yerli qanunvericilik səviyyəsində tənzimlənməsinə, ana dilinin işlənməsinə, milli mədəniyyət və incəsənətin qorunmasına və inkişafına, ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin qorunmasına, onların hüquq və azadlıqlarının, o cümlədən vətəndaşların seçki hüququnun təminatına və s. məsələlər daxildir. Xüsusi diqqət yetirilməsi vacib olan məqamlardan biri Dağlıq Qarabağ muxtariyyətinin özünüidarəetmə orqanlarının Azərbaycan Respublikasının hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyətinin hüquqi baxımdan tənzimlənməsidir. Hazırda Azərbaycanın mütəxəssisləri bu istiqamətdə də layihələr üzərində işləyirlər.

Yeri gəlmişkən, bu il aprelin 2-də Strateji Araşdırmalar Mərkəzində “Müasir dünyada münaqişə, həll və barışıq məsələləri” mövzusunda xarici ekspertlərlə görüş keçirilmişdir. Tədbir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində Aland adaları muxtariyyəti modelinin müzakirəsinə həsr olunmuşdur. SAM-ın və Helsinki Universitetinin Aleksanteri İnstitutunun birgə təşkil etdikləri görüşdə Finlandiya və ABŞ-dan gəlmiş ekspertlərlə yanaşı, Azərbaycanın rəsmi qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Milli Məclisin deputatları da iştirak etmişlər. Finlandiya parlamentinin deputatı, Aland muxtariyyətinin təmsilçisi xanım Elizabet Nokler, Aland adalarındakı Sülh İnstitutunun Direktorlar Şurasının sədri Barbro Sandbak, Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq nümayəndəsi səfir Heyke Talvitiye və başqalarının da iştirak etdikləri müzakirələr zamanı etnoərazi iddiaları zəminində baş vermiş iki müxtəlif münaqişənin - 1917-1921-ci illərdə Aland adalarının statusu ilə əlaqədar Finlandiya və İsveç arasında yaranmış qarşıdurmanın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nümunəsində optimal muxtariyyət modelinin xarakterik xüsusiyyətlərinə, sülhün əldə olunmasına təsir edə biləcək amillərə dair səmərəli fikir mübadiləsi olmuşdur. Bundan başqa, ötən il Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın rəhbərliyi ilə SAM-ın nümayəndə heyəti İtaliyada, Cənubi Tirol Muxtar Vilayətində olmuş, bu regionun hakimiyyət təmsilçiləri, Trento Universitetinin, İtaliya Beynəlxalq Münasibətlər İnstitutunun, Federalizm və Regionalizm üzrə Tədqiqatlar İnstitutunun, Alexaner Lanqer Fondunun alim və mütəxəssisləri ilə görüşmüşlər. Müzakirələr zamanı Cənubi Tirol Muxtar Vilayəti modelinin xarakterik xüsusiyyətləri və onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tətbiqi imkanları öyrənilmişdir.

- Aland adaları və Cənubi Tirol muxtariyyət modellərinin xarakterik xüsusiyyətləri barədə nə deyə bilərsiniz?

- Təqribən 8 min adadan ibarət olan Aland muxtariyyəti Finlandiyanın ərazisində yerləşir. Onun əhalisinin əksəriyyəti isveçlərdir. Bu adalar XIX əsrin əvvəllərinədək İsveç krallığının, 1917-ci ilədək isə çar Rusiyasının tərkibində olmuşdur. Rusiya imperiyasının süqutundan sonra adadakı isveçlər arasında separatçılıq əhval-ruhiyyəsi baş qaldırmış və onlar İsveç krallığına birləşmək barədə siyasi mübarizəyə başlamışlar. Bu isə Finlandiya və İsveç arasında siyasi qarşıdurmaya səbəb olmuşdur. Nəticədə, 1921-ci ildə Millətlər Liqası Aland adalarının Finlandiya ərazisi olduğunu təsdiqləmiş, bununla belə, ada sakinlərinə dil, adət və ənənələrinin, mədəniyyətlərinin qorunmasına dair onlara muxtariyyət statusu verilməsi barədə Finlandiya qarşısında məsələ qaldırmışdır. Hazırda Aland muxtariyyətinin büdcə, daxili siyasət məsələlərini tənzimləyən, hakimiyyət qurumlarını müəyyənləşdirən seçkili orqanı - yerli parlamenti vardır. Muxtariyyət səhiyyə, təhsil, iqtisadiyyat, təsərrüfat, rabitə, ictimai asayişin qorunması və digər sahələr üzrə müstəqil siyasət yürüdə bilir. Ölkə sakinləri ikili vətəndaşlıq hüququna malikdirlər, muxtariyyətin qubernatoru Finlandiya Prezidenti tərəfindən təyin olunur və s.

Cənubi Tirol muxtariyyəti isə nisbətən fərqli xüsusiyyətlərə malikdir. Tirol coğrafi ərazi kimi iki yerə bölünmüşdür. Onun bir hissəsi Avstriyada, digəri isə İtaliyada yerləşir. 1919-cu il Sen-Jermen Sülh müqaviləsinə əsəsən, Cənubi Tirol Avstriyadan alınaraq İtaliyaya qatılmışdır. Bu aksiya uzun müddət hər iki dövlət arasında münasibətlərdə problemlərə səbəb olmuşdur. Bununla belə, 1948-ci ildə Cənubi Tirol bölgəsinə muxtariyyət statusu verilmiş, 1969-cu ildə isə İtaliya və Avstriya arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə, həmin muxtariyyətə dair sənəd qəbul olunmuşdur. 1992-ci ildə isə Avstriya rəsmi şəkildə İtaliyaya ərazi iddialarından əl çəkdiyini bəyan etmişdir. Cənubi Tirol qanunvericilik hakimiyyətinə və geniş idarəetmə hüquqlarına malikdir. Lakin xarici siyasət və müdafiə məsələləri bilavasitə mərkəzin - İtaliya hökumətinin səlahiyyətindədir. Status anlaşmasına görə, Cənubi Tirolda qəbul olunan hər hansı qanun İtaliya qanunu ilə ziddiyyət təşkil etməməlidir. İnkişaf etmiş kənd təsərrüfatına və geniş turizm imkanlarına malik olan Cənubi Tirolun əldə etdiyi gəlirin 10 faizi İtaliya büdcəsinə verilir. Yerdə qalan vəsait isə yerli hakimiyyətin sərəncamındadır. Burada italyan və almandilli sakinlərin mədəni hüquqları qanun çərçivəsində qorunur və inkişaf etdirilir.

Bununla belə, Finlandiya və İsveç, İtaliya və Avstriya arasında yaranmış etnoərazi münaqişələrinin hər biri spesifik xüsusiyyətlərə, fərqli tarixi-coğrafi xarakterlərə malikdir. Avropada baş vermiş etnosiyasi qarşıdurmaların həllində istifadə olunan istənilən muxtariyyət modeli təbii ki, olduğu kimi Azərbaycan şəraitinə tətbiq oluna bilməz. Bu variantlar etnoərazi qarşıdurmalarınn aradan qaldırılmasında əsasən beynəlxalq təcrübə nümunəsi, hüquqi baza modeli funksiyasını daşıya bilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün məqbul sayılan variant təkmilləşdirilməli, yerli şəraitə və milli qanunvericiliyin tələblərinə uyğunlaşdırılmalıdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq VİDEO

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir VİDEO

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib