Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Fərid Qayıbov: Ötən ay yüksək nəticələr, kütləvilik, sistemli yaradıcılıqla yadda qaldı

Bakı, 9 may, AZƏRTAC

Ötən ay yüksək nəticələr, kütləvilik, sistemli yaradıcılıq və fəallaşma dövrü oldu. İdmançılarımızın növbəti beynəlxalq uğurlarına şahid olduq. Komandalarımızın medal qazanmaları bizi bir daha qürurlandırdı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Fərid Qayıbov qeyd edib ki, aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionatından qalib qayıtmış güləşçilərimizi qəbul etdi. Güləş komandalarımızın Avropa birincisi olmasını yüksək qiymətləndirən dövlət başçısı xüsusi olaraq qeyd etdi ki, həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq, böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır, güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır.

Görüşdən sonra Azərbaycan Prezidentinin Güləş Federasiyasına maliyyə ayrılması haqqında sərəncamı dövlətin idmana qayğısının növbəti nümunəsi oldu.

Bildirilib ki, idmanımızın beynəlxalq uğurları baxımından da ötən ay yaddaqalan oldu. Cüdoçularımızın Bolqarıstanda qitə çempionatını bir qızıl, iki bürünc medalla başa vurması idmançılarımızın qitə uğurlarının davamlı olmasına zəmin yaratdı. Bədii gimnastika üzrə Beynəlxalq Gimnastika Federasiyasının dünya kubokunun ölkəmizdə təşkili və gimnastlarımızın uğurla çıxış edərək qızıl medal qazanmaları ötən ayın uğurları siyahısına yazıldı. Çexiyanın Ostrava şəhərində üzgüçülərimizin 5 medal qazanması, bu idman növündə mövcud şəraitdən səmərəli istifadəyə rəvac verməsinə inam yaradır.

Ötən ay İsrailin turizm naziri Yoel Razvazovla danışıqlar aparılıb, iki ölkə arasında idman sahəsində əməkdaşlıq haqqında “Birgə bəyannamə” imzalanıb. Əlcəzairin və Qətərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, Gürcüstan Basketbol Federasiyasının rəhbərliyi, Malayziya Olimpiya Şurasının baş katibi, Gimnastika Federasiyasının prezidenti və Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşlər keçirilib.

F.Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda nailiyyətlər qazanmış qalib idmançılar və fəal gənclərlə görüşlərin keçirildiyini vurğulayıb: “Nazirlikdə də bir sıra idmançılarla görüşüb, növbəti qələbələri münasibətilə təbrik etdik. Avropa çempionatında uğurla çıxış etmiş gənc boksçularımız, “Isuzu Ironman” turnirində uğurla çıxış edərək, Azərbaycanın ilk “dəmir qadını” adını qazanmış Rəbiyyə Orucova, Azərbaycan triatlonçusu Rostislav Pevtsov, qitələrarası boccia çempionatında 2 qızıl və 1 bürünc medal qazanmış paralimpiyaçılarımız, eləcə də, Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fizievlə görüşlərdə Azərbaycan idmanının bu günü və sabahı mövzusunda müzakirələr aparılıb.

Aprelin 9-da Saatlı, Sabirabad, Tərtər, Bərdə, Yevlax, İmişli rayonları, Naftalan və Şirvan şəhərlərinin fəal gəncləri ilə görüş keçirilib. Toplantıda qeyd edilən rayonların gənclər və idman idarələrinin, müxtəlif gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Regionda yaşayan gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb. Aprelin 18-də isə, fəaliyyəti sosial məsələləri əhatə edən gənclər təşkilatlarının nümayəndələri ilə Xırdalan şəhərində görüş olub. Narkomaniyaya qarşı birgə mübarizə, erkən nikah, gənclərin məşğulluğu, regionlarda yaşayan gənclərin qarşılaşdıqları problemlər, gənc ailələrə dəstək, internat məzunları ilə iş, əlil gənclərin idmana cəlb edilməsi və s. istiqamətlər üzrə birgə layihələrin icrası ilə bağlı müzakirələr aparılıb.

Daha bir görüş isə aprelin 29-da, əsas fəaliyyəti iqtisadi biliklər və hüquqi maarifləndirmə olan gənclər təşkilatları ilə keçirilib. Gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər mühüm məsələlər barədə müzakirələr aparılıb”.

Nazir bölgələrə səfərlər çərçivəsində Yevlax, Bərdə, Tərtər, Naftalan, İmişli, Saatlı, Sabirabad və Şirvandakı Olimpiya idman kompleksləri, stadion, UGİM və digər idman infrastrukturuna baxış keçirildiyini vurğulayıb. Qeyd edilib ki, qurğuların səmərəli fəaliyyəti və əhali üçün əlçatanlığı yerli mütəxəssislərlə müzakirə edilib. Həmçinin Xırdalan şəhərində şahmat məktəbinin fəaliyyəti və Abşeron Olimpiya İdman Kompleksinin şəraiti ilə tanış olub, buradakı məşq zallarına, stadiona və mehmanxanaya baxış keçirilib.

Bildirilib ki, aprelin 8-də Naftalan şəhərində Naftalan, Xocalı və Goranboy sakinləri, eləcə də hər həftə nazirlikdə Bakı və yaxın rayonlardan vətəndaşlar qəbul edilib. Bu, əhalini düşündürən əsas məsələləri görmək, onlara dəstək göstərməklə yanaşı, ölkənin bəzi sosial sahələrdə apardığı siyasəti izah etmək imkanını verir.

Fərid Qayıbov qeyd edib: “Kişi voleybolçular arasında keçirilən “Zəfər kuboku”nun final matçında, ağırlıqqaldırma, həndbol, bodibildinq, şaquli qaçış və digər idman növləri üzrə Azərbaycan çempionatlarında iştirak etdik, bir sıra dəyişikliklərin, yeniliklərin şahidi olduq. II Azərbaycan Autizm Festivalında, xüsusi diqqətə ehtiyacı olan uşaqlar üçün stolüstü tennis yarışlarında, Pirallahı qəsəbəsində “Ironwind duatlon” turnirində də iştirak etdik. Daxili yarışların səviyyəsinin yüksəlməsi və rəqabətin artması fonunda beynəlxalq uğurlara nikbin baxmaq olar”.

Aprel ayında 3 federasiyanın akkreditasiyasının təsdiqləndiyini, 3 federasiyanın isə statusunun dayandırıldığını bildirən nazir bu fəaliyyət yekunda daha optimal idman sisteminin qurulmasına və milli komandaları formalaşdıran federasiyaların güclənməsinə kömək edəcəyinə inandığını bildirib. Qeyd edilib ki, ötən ay Kamandan Oxatma və Azərbaycan Yelkənli İdman federasiyalarının ümumi yığıncaqları keçirilib, qurumların rəhbərlikləri seçilib.

Nazirin qeydlərində kütləviliklə bağlı məsələlərə də toxunulub. Qeyd edilib ki, yeniyetmə və gəncləri, bütövlükdə əhalini bədən tərbiyəsi tədbirlərinə cəlb etməklə onların sağlamlığını qorumaq olar. Aprelin 6-dan 10-dək Dənizkənarı bulvarda “Sağlam həyat” günləri keçirildi. Beynəlxalq İdman Günü çərçivəsində təşkil edilən tədbir 4 minədək iştirakçı və geniş tamaşaçı kütləsini yığdı, topladığımız məlumatlar isə əhalinin ümumi fiziki hazırlığı haqqında ilkin nəticələri əldə etmək imkanı verdi. Biz ardıcıllıqla bu tədbirlərin sayını, kütləviliyini artıracaq, fiziki aktivliyə, sağlam həyat tərzinə marağı gücləndirəcəyik.

F.Qayıbov yeni layihələrlə bağlı deyib: “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində ilk tədbir - Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse-prezidenti, voleybol üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisi Faiq Qarayevlə görüş idman ictimaiyyətinin marağına səbəb oldu. İctimaiyyət nümayəndələri ilə birgə, yunan-Roma güləşçimiz Rafiq Hüseynova həsr olunan "26 il arzuladıqlarımı 6 aya həyata keçirdim", - adlı verilişin təqdimat mərasimində iştirak etdik. Bu cür verilişlər və sənədli filmlər gənc idmançıların motivasiyası üçün çox vacibdir.

İstər gənclər siyasətində, istərsə də, idmanın inkişaf etdirilməsində qarşıda bizi məsuliyyətli və ciddi sınaqlar gözləyir. Məqsədimiz vətənpərvər, müasir düşüncəyə malik olan və sağlam cəmiyyət üçün ən yaxşı xüsusiyyətləri özündə cəmləşdirən gəncliyin formalaşmasını təmin etməkdir. Bu yolda tərəqqiyə nail olmaq üçün strategiyanın düzgün qurulması vacib şərtdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq