FƏRMAN SALMANOVUN AİLƏSİNƏ
Fərman Qurban oğlu Salmanovun vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Fərman Salmanovun bütün qohumlarına və yaxınlarına ən dərin hüznlə başsağlığı verirəm.
Görkəmli dövlət xadimi və ictimai xadim, Məşhur neft Ustası, böyük tədqiqatçı alim və nadir istedadlı praktik neftçi olan Fərman Salmanovun adı Azərbaycanın, Rusiyanın neft və qaz sənayesinin, bütün dünyanın yanacaq-energetika kompleksinin inkişafının şanlı salnaməsində layiqli yer tutur.
Fərman Salmanov gözəl insan, özünün bütün həyat və fəaliyyətini xalqa sədaqətlə xidmətə, seçdiyi işə - planetin neft-qaz sərvətlərinin axtarışına və işlənilməsinə xidmətə həsr etmiş yorulmaz və fədakar əmək adamı kimi xatirəmizdə əbədi qalacaqdır.
Ağır itki ilə əlaqədar dərdinizi ürəkdən bölüşür, Sizinlə birlikdə kədərlənirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 aprel 2007-ci il.