FEVRAL QAR HƏVƏSKARLARINI SEVİNDİRƏCƏK
Havanın orta aylıq temperaturu iqlim normalarından 1-2 dərəcə yüksək olacaqdır. Buna baxmayaraq, ayın bəzi günləri soyuq, şaxta, qar gözlənilir. Yağıntının səviyyəsi ölkə ərazisində bərabər paylanacaq, rayonların əksəriyyətində iqlim normalarına uyğun olacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 4-6 dərəcəyə çatacaq (gecə 1-4 dərəcə, ayrı-ayrı günlərdə 0-4, gündüz 6-10 dərəcə, bəzi günlər 12-14 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (21-24 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecə 2-7 dərəcə şaxta, bəzi günlər 13-18 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın, bəzi yerlərdə normadan artıq (11-29 mm) olacaq.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecə 0-5 dərəcə şaxta, bəzi günlər 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti). Yağıntının səviyyəsi normaya yaxın (25-35 mm) olacaq.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 3-5 dərəcə isti (gecə 3+2 dərəcə, gündüz 6-10 dərəcə olacaq, bəzi günlərdə 12 dərəcəyə qalxacaq), yağıntının səviyyəsi normaya yaxın (15-36 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur 0-3 dərəcə (gecə -2-+3, gündüz 2-7 dərəcə olacaq, bəzi günlər 10-14 dərəcəyədək qalxacaq), yağıntının səviyyəsi normaya yaxın (24-35 mm), bəzi yerlərdə isə ondan çox olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur 4-6 dərəcə isti (gecə -0-4, bəzi günlər 1-3 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq, bəzi yerlərdə 15 dərəcəyə qalxacaq), yağıntının səviyyəsi normaya yaxın (21-35 mm), bəzi yerlərdə ondan az olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 5-6 dərəcə isti (gecə 0-4, bəzi günlər 1-3 şaxta, gündüz 7-12 dərəcə isti olacaq, bəzi yerlərdə 15 dərəcəyədək yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (44-105 mm), bəzi yerlərdə bundan az olacaqdır.