CƏMİYYƏT
FHN: Bakıda dayanacaqda müxtəlif markalı 51 minik avtomobil yanıb
Bakı, 29 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Nizami rayonunda, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində Nizami rayonunun Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 hektar quru ot və müxtəlif markalı 51 minik avtomobili (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanıb. Ərazidə olan müxtəlif markalı 200 minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Alov yanğın bölmələri tərəfindən söndürülüb.