CƏMİYYƏT
FHN: Hündürmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 7 nəfər xilas edilib
Bakı, 23 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğın binanın birinci mərtəbəsində qeydə alınıb. Nəticədə ümumi sahəsi 200 kvadratmetr olan mağazada elektrik lövhəsi və şaxtadan keçən kommunikasiya xətləri 63 poqonmetr sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər, o cümlədən iki azyaşlı xilas edilib, 25 sakin təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.