CƏMİYYƏT
FHN-in Cənub Regional Mərkəzində dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd edilmişdir
Bakı, 8 oktyabr (AZƏRTAC). FHN-in Cənub Regional Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, mərasim iştirakçıları əvvəlcə müstəqil və müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Cənub Regional Mərkəzinin rəisi polkovnik İlham Hüseynov Azərbaycanın müstəqillik tarixinə nəzər salmış, ulu öndər Heydər Əliyevinin dərin zəkası və zəngin dövlətçilik təcrübəsi nəticəsində müstəqilliyimizin qorunub saxlanıldığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, məhz heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycan sürətlə inkişaf etmiş, dünyada layiqli yerini tutmuşdur. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan regionda lider dövlət olmuş, beynəlxalq nüfuzu daha da artmış, mövqeləri əsaslı dərəcədə möhkəmlənmişdir.
Digər çıxış edənlər də ötən 20 ildə ölkə həyatında baş vermiş əlamətdar tarixi hadisələrdən, Azərbaycan xalqının sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlardan danışmışlar.