CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 93 yanğına çıxış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 20 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 93 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər, o cümlədən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində “Opel” markalı minik avtomobilinin dərəyə aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər və dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib, 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.