Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Fidan Hacıyeva: Mən gözəl, keyfiyyətli musiqini sevirəm, onun hansı janra aid olması isə o qədər də əhəmiyyətli deyildir

Bakı, 6 sentyabr (AZƏRTAC). Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Əməkdar Artisti Fidan Hacıyeva doğum günü ərəfəsində öz yaradıcılığı, həyatı və Əlahəzrət Musiqiyə hədsiz məhəbbəti barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşmüşdür.

Fidan xanım təvazökarlıqla baxışlarını yerə zilləyərək deyir: “Yəqin ki, musiqiyə həvəs mənə valideynlərimdən keçmişdir. Atam tar və fortepiano çalırdı, çox vaxt muğam ifa edirdi, anam isə yeri gəlmişkən, onun çox gözəl soprano səsi vardı, həmin muğamları oxuyardı…”

Belə bir inanc vardır ki, ulu Tanrı istedadı, səsi hər kəsə yox, əvvəlki həyatında Yaradanın qanunları ilə yaşamış, bir sözlə, əməlisaleh, təmiz qəlbli insanlara bəxş edir. Fidan xanımla söhbətdən sonra bu fikrə inanmağa başlayırsan: O, həm təvazökar, həm incə təbiətli, həm də son dərəcə istedadlıdır. İnsana xas olan bütün nəcib cəhətlər onda üzvi şəkildə cəmləşmişdir.

Fidan oxuyanda sanki göylər oxuyur, səma musiqisi səslənir, insan qəlbinin telləri onun səsi ilə həmahəng titrəməyə başlayır. Çünki Fidan bütün qəlbi, bütün varlığı ilə oxuyur, səs çalarlarının özəlliyini, tələffüz etdiyi hər bir sözün mənasını, hər bir ahəngi dinləyiciyə çatdırmağa çalışır.

Hələ uşaq yaşlarından doğma musiqimizə hədsiz sevgi ruhunda böyümüş Fidan xanımın bu məhəbbəti, bu istəyi sonradan ölməz klassik musiqini də dərindən anlamağa və qavramağa imkan vermişdir. Bununla belə, onun repertuarında mürəkkəb opera partiyaları ilə yanaşı xalq və estrada mahnıları, romanslar, hətta caz musiqisi də vardır… Operamızın bənzərsiz ulduzu deyir: “Mən, sadəcə olaraq, gözəl, keyfiyyətli musiqini sevirəm, onun hansı janra aid olması bir o qədər də əhəmiyyətli deyildir”.

Fidan xanım Bülbül adına Məktəbdə fortepiano sinfində təhsil aldığı dövrə aid bir epizodu - böyük müğənni Firəngiz Əhmədovanın ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasından Nigarın ariyasını eşitdiyini xatırlayır. Bənzərsiz opera primadonnasının gözəl səsini heyranlıqla dinləyən qızcığaz özünün güclü musiqi duyumu sayəsində bu ifanın hər bir incəliyini, hər bir notunu yaddaşına acgözlüklə həkk edirdi ki, sonradan özü belə oxumağa çalışsın. Nəyin bahasına olur-olsun oxumaq arzusu onu Filarmoniyanın nəzdindəki xora gətirib çıxarmış və onun opera səsinə malik olması burada üzə çıxmışdı. Fidan Hacıyeva əvvəlcə xorda oxumuş, sonra proqram hazırlayaraq eyni vaxtda Konservatoriyanın iki sinfinə - həm vokal, həm də fortepiano sinfinə daxil olmuşdu. Bülbül adına Məktəbdə təhsil alması öz səmərəsini verirdi. Fidan xanım deyir: “Hər halda bu, çox güclü məktəbdir”.

Konservatoriyada onun müəllimi olmuş professor Hüseyn Əliyev Fidanın həyatında sözün həqiqi mənasında əvəzsiz rol oynamış, müğənninin öz təbirincə desək, dünyasını dəyişmiş atasını əvəz etmişdi.

Fidan xanım deyir: “Artıq 18 ildir ki, mən müntəzəm olaraq şagird kimi dərsə gedirəm, yəni mən bu gün də oxuyuram. Bu insan mənim üçün hər şey etmişdir: o, məni təkcə opera sənəti üçün deyil, özüm üçün kəşf etmiş oldu, həm özü mənim gücümə inandı, həm də məni buna inanmağa məcbur etdi, bu isə gənc müğənni üçün çox vacibdir. Biz hər gün hər şeyi təzədən başlayırıq, çünki vokal sənəti gündəlik gərgin zəhmət tələb edir. Bu, idmanda olduğu kimidir, məşğul olmasan, formadan düşürsən. Vokal sənəti də belədir, səhnədə dalbadal üç saat oxumaq və üstəlik, obraz yaratmaq, rol oynamaq üçün çox işləmək lazımdır. Azərbaycan opera səhnəsində 40 il aparıcı partiyaları ifa etmiş professor Hüseyn Əliyev mənim həm müəllimim, həm məsləhətçim, həm də quruluşçu rejissorumdur. Ona çox minnətdaram”. Fidan xanımın bu səmimi etirafı onu hər şeydən yaxşı səciyyələndirir, çünki indiki mürəkkəb dövrdə minnətdarlıq hissi bir qədər zəifləmiş, qiymətdən düşmüşdür. Bəzən həyatda böyük uğur qazananlar öz müəllimlərini unudur, nailiyyətlərini yalnız özlərinin xidmətləri hesab edirlər, bəziləri hətta bəşəriyyətin böyük Müəllimlərini də unudurlar.

Fidan Hacıyeva opera teatrının solisti olanda onun cəmi 19 yaşı vardı. O vaxt o, Jorj Bizenin eyniadlı operasında Karmenin rəfiqəsi Mersedesin ariyasını oxuyurdu. Cəmi iki il sonra isə ona artıq Karmenin çox mürəkkəb partiyasını etibar etdilər və Fidan Hacıyeva bu rolun ən gənc ifaçısı oldu. Başgicəlləndirici müvəffəqiyyət öz-özünə qazanılmadı: müğənni bunun üçün çox zəhmət çəkməli, flamenko rəqsini öyrənməli, az qala taqətdən düşənə qədər məşq etməli olmuş, hətta Karmenin vətəni Əndəluza da getmişdi. Fidan Hacıyevanın fikrincə, əsas məsələ öz qəhrəmanının xarakterinə tamamilə uyğunlaşmaqdır. Karmeni fərqləndirən güclü ehtiras və ekspressiya müğənninin özünə də bundan heç də az dərəcədə xas olmayan xüsusiyyətlərdir. Məhz bu keyfiyyətlər sayəsində o, cazibədar, odlu-alovlu, çılğın Əndəluz gözəlinin inandırıcı obrazını yaratmış və dünyanın məşhur opera səhnələrində zəfər yürüşünə başlamışdır.

Karmen rolu gənc müğənni üçün bir növ vizit vərəqəsinə çevrilmişdir. Məsələn, Türkiyənin Mersin Opera və Balet Teatrının dəvəti ilə o, Mersində, həmçinin İstanbul, İzmir, Ankara teatrlarının səhnələrində Karmen rolunu ifa etmişdir. Onun ən yaddaqalan çıxışı isə Türkiyədəki “Aspendos” antik teatrının səhnəsində açıq səma altında, opera sənətinin biliciləri və həvəskarları olan ən incə zövqlü 15 min tamaşaçının toplaşdığı günlə bağlıdır. Fidan xanım həmin tamaşanı belə xatırlayır: “Öz ilkin görkəmini indiyə qədər qoruyub saxlamış bu antik teatrın ab-havası məni bircə anda qladiatorların bəlkə də məhz bu səhnədə ölüm-dirim savaşı apardığı o uzaq dövrə apardı”. Beləliklə, həmin dövrün aurası ilə təmas sayəsində özündə qeyri-adi qüvvə, xüsusi bir ruh yüksəkliyi hiss edən gənc müğənni bütün həyəcanını üstələyərək öz parlaq çıxışı ilə çox tələbkar tamaşaçıları heyran etdi.

Sonrakı illərdə o, məşhur opera müğənnisi Prissilla Balyonenin ustad dərslərində iştirak etmiş (yeri gəlmişkən, 1998-ci ildə Fidan Hacıyeva SSRİ Xalq Artisti İrina Arxipovanın vokal üzrə ustad dərsləri sinfində oxumuşdur), Romada peşəkar vokalçıların beynəlxalq müsabiqəsində eyniadlı operadan Karmenin, “Samson və Dalila”dan Dalilanın, “Aida”dan Amnerisin, “Trubadur”dan Azuçenanın ariyalarını ifa etmiş və həmin müsabiqədən qələbə ilə qayıtmış, Avropa opera şirkətləri ilə çoxsaylı kontraktlar imzalamış, hətta İtaliyada qalmağa dəvət almışdır. Əgər Fidan xanım bu dəvəti qəbul etsəydi, onun qarşısında həm karyera, həm də şəxsi həyat baxımından çox cəlbedici perspektivlər açılardı.

Bu yaxınlarda İtaliyadan qayıtmış gənc müğənni orada Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş solo konsert vermişdir. Fidan xanım həmin konsert barəsində təəssüratlarını bölüşərək demişdir: “Düşünürdüm ki, tələbkar İtaliya tamaşaçıları qarşısında oxumaq mənim üçün çətin olacaqdır, amma heç də belə olmadı. Mən öz qüvvəmə inam hiss edirdim. İtaliya və Fransa bəstəkarlarının bir-birindən mürəkkəb 6 ariyasını, Azərbaycan bəstəkarlarının əsərlərini oxudum. Ümumiyyətlə, səhnəyə çıxanda əvvəlcə qarşında bütöv bir kütlə görürsən, insanların üzlərini fərqləndirə bilmirsən, lakin elə ki tamaşaçılar səni qəbul etməyə başlayır, istənilən auditoriya qarşısında çıxış edən hər kəs bunu bütün varlığı ilə hiss edir və onda, necə deyərlər, qanadlarını açaraq sanki havada süzürsən, musiqinin ecazkar aləminə qərq olursan. Bu hisslər tamaşaçılara da sirayət edir, sən salondakı tamaşaçılara qovuşursan və başa düşürsən ki, tamaşaçı səni qəbul edir. Mən də həmin konsertdə buna oxşar hisslər keçirmişəm”.

Gənc müğənni avropalı müəlliflərin, italyan bəstəkarlarının ariyalarını ifa etmək məharətini göstərdikdən sonra dahi Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Müslüm Maqomayev və digər Azərbaycan bəstəkarlarının əsərlərini məharətlə ifa etməklə tamaşaçıları sözün yaxşı mənasında heyrətləndirmişdir. Fidan xanım sevincini gizlətmədən deyir: “İtalyan tamaşaçıları qarşısında öz musiqimizi ifa etməyim özümün də xoşuma gəldi. Mən Azərbaycan musiqisinin bənzərsiz gözəlliyini, ona xas olan melodikliyi tamaşaçılara çatdırmaq istəyirdim. Bizim musiqini onların necə qəbul etməsi də xoşuma gəldi. Mən onlara göstərmək istəyirdim ki, Azərbaycan musiqisi istər öz koloritinə, istər səslənməsinə, istərsə də dinləyiciyə təsirinə görə Avropa musiqisindən heç də geri qalmır. Zənnimcə, mən buna nail oldum!”.

“Mən zəif müğənnilər arasında hamıdan yaxşı olmaq istəmirəm, mən həm səsdə, həm də temperamentdə güc hiss etməliyəm. Tərəf-müqabilim zəifdirsə, onunla birgə çıxış etmək mənim üçün maraqsız olur”, - deyən müğənni gənc istedadlarla işləməyi xoşlayır. Onun dostları arasında Fərid Əliyev, Çinarə Şirin, Anton Ferştandt, İnarə Babayeva, İlahə Əfəndiyeva, Samir Cəfərov, Tural Ağasıyev və başqaları vardır. O, Azərbaycan opera səhnəsində “Aida”da Amneris, “Trubadur”da Azuçena, “Riqoletto”da Maddalena, Cüzeppe Verdinin “Traviata”sında Flora, Cakomo Rossininin “Seviliya bərbəri”ndə Rozina, Maskanyinin “Kənd namusu” əsərində Santuttsi, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında Asya, Fikrət Əmirovun “Sevil” operasında Gülüş obrazlarını yaratmışdır. Qarşıda onu həm Azərbaycanda, həm də İtaliyada çox işlər gözləyir. Bu ölkədə onun 3 tamaşası və “Aida” operasında onun partiyasının bir neçə dinlənilməsi planlaşdırılmışdır.

La Skalada oxumaq müğənninin çoxdankı arzusudur. Deyəsən, arzunun çin olması yaxınlaşır. İnanırıq ki, doğma Azərbaycanımızın bu istedadlı müğənnisinin səsi tezliklə Karuzo, Franko Korelli, Cülyetta Simionato, Coan Sazerlend, Mariya Kallas və bir çox digər tanınmış müğənnilərin oxuduğu bu məşhur səhnədən gələcəkdir. O, öz çıxışı ilə dünyanın özü qədər qədim olan Odlar Diyarının sənətinin şöhrətini göylərə qaldıracaq, tamaşaçılar isə onun ifasını ayaq üstə alqışlayacaqlar.

Tamilla Nuriyeva

AZƏRTAC-ın müxbiri

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb